Dünyada ilk dəfə: ölüm anbaan çəkildi - VİDEO
Tarix: 09-03-2018 | Saat: 11:34
Bölmə:Karusel / Maraqlı / M2 / Xəbəraz TV | çapa göndər
London Universitet Kollecinin alimləri dünyada ilk dəfə olaraq qəfil ölümü anbaan çəkə biliblər.
"Caenorhabditis elegans"qurdlarının bədənlərində ölümün onlar hələ sağ ikən başlayaraq sürətləndiyinin görüntüləri əldə olunub. Prosesin ilkin mərhələsi insanlarda qocalma prosesini xatırladır. Alimlər hesab edirlər ki, əldə edilmiş görüntülər qocalmanın qarşısını alacaq vasitə və metodların hazırlanmasına təkan verəcək.
Məməlilərdə ölüm qan dövranının dayanması nəticəsində baş verir. Lakin nematodlarda tənəffüs və qan-damar sistemləri yoxdur. Bu onurğasız canlılarda ətraf aləmlə qaz mübadiləsi bədənin bütün səthi vasitəsilə gerçəkləşdiyindən qurdlar və soxulcanlarda bədənin ölüm qıcolması (rigor mortis) digər canlıların tam əksəriyyətində olduğu kimi ölümdən sonra yox, əvvəl baş verir.
"Caenorhabditis elegans" qurdlarında ölüm anında hüceyrələr antranil turşusu ifraz edərək mavi flurosensiya yaradırlar. Bu zaman işıqlanma dalğavari yayılır ki, baş verənlər "rigor mortis", yəni ölüm qıcolması bütün bədəndə eyni vaxtda olmur.
Ölüm qıcolmasının səbəbi hüceyrələrin adenozintrofosfat molekulları (ATF) ayıra bilməməsidir. ATF həyat üçün çox önəmli kimyəvi reaksiyaların əksəriyyəti üçün enerji mənbəyidir.
Sonucda əzələlərin sürəkli yığılmasına səbəb olan kalsium ionları ayrılır.
Alimlər bildirirlər ki, qurdların hüceyrələrində ATF-in səviyyəsinin sürətlə aşağı düşməsi ölüm anından əvvəl olur. Bu prosesin dəqiq səbəbləri hələ məlum deyil.
Amma ATF-in azalması qoca insanların orqanizmində ATF miqdarını azalmasına bənzəyir. Bioloqlar hesab edirlər ki, enerji molekulların miqdarını artırmaqla ölümcül xəstələrin həyatını xilas etmək olar
Xəbəri paylaş
1 7838 dəfə oxunub.
Digər xəbərlər

27-09-2019, 14:58
"28 sentyabr mitinqi mifi gözlənilən sonuna çatdı" - Əli Əhmədov
28-02-2016, 11:50
Tələbə qızın mənzildən meyiti tapıldı
7-05-2022, 10:10
“TikTok” beyin hüceyrələrini tükədir - Həkimdən XƏBƏRDARLIQ
1-03-2020, 18:07
İranda olan azərbaycanlılar ölkəyə təyyarə ilə qaytarılacaq
9-07-2015, 10:57
Göyçayda müəmmalı ölüm
25-03-2022, 21:35
Sevinc Hüseynovadan Əvəz Hafizlinin qətli barədə ŞOK AÇIQLAMA- VİDEO
24-01-2017, 11:33
"WhatsApp" istifadəçilərinə xoş xəbər: hətta metroda belə... - FOTO
22-09-2017, 16:25
Limon qabıqlarını atmayın! Faydaları