Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Yunanlar "yox" dedi, avro kəskin ucuzlaşdı
Tarix: 6-07-2015, 14:47 | Saat: 15:47:00
Bölmə:Karusel / Dünya / M2 / Foto-fakt | çapa göndər

Yunanlar "yox" dedi, avro kəskin ucuzlaşdı
Referendumun ilkin nəticələrinin elan edilməsindən sonra dünya fond birjalarında avro dəyər itirməyə başlayıb.
Yunanıstanda referendumun ilkin nəticələrinin elan edilməsindən sonra dünya fond birjalarında avro ucuzlaşıb.

ANS PRESS-in məlumatına görə, Avropanın vahid valyutası dollar qarşsında 1,12% dəyər itirib. Avrodakı ucuzlaşma Azərbaycan manatına da təsir edib. Avronun məzənnəsi manata nisbətdə 1,1635 AZN-dən 1,1577-ə qədər azalıb.

Avropa Parlamentinin sədri Martin Şults hələ bir müddət öncə xəbərdarlıq etmişdi. Sədr referendum zamanı yunanlar beynəlxalq kreditorlar tərəfindən (Beynəlxalq Valyuta Fondu, YESB və Avropa Komissiyası) təklif etdiyi layihədən imtina etmək barədə qərar versə, o zaman Afina yeni valyutaya keçməyə məcbur olacaq.

Yunanlar "yox" dedi, avro kəskin ucuzlaşdı
Avropa Parlamentinin sədri Martın Şults

Dünən Yunanıstanda baş tutan referendumdan sonra maliyyə naziri postundan gedib. Ölkədə iqtisadi vəziyyətinin gərgin olduğu bir dövrdə maliyyə naziri Yanis Varoufakisin vəzifəsindən getməsi şok effekti yaradıb. Çətin durumda olan Yunanıstan artıq Avropadan gələcək qərarları gözləyir.

Fransa prezidenti Fransua Olland və Almaniyanın kansleri Angela Merkel isə bu gün Parisdə görüş keçirəcək. Bu görüşdə dövlət rəhbərləri Yunanıstanda keçirilən referendumun nəticələrini qiymətləndirəcək. Analitiklər hesab edir ki, referendumdan müsbət qərar çıxmasada Avropa ölkələri Yunanıstana yardım üçün daha bir neçə təklif verəcək.

Görüşdən saatlar öncə mətbuatda Merkelin Berlində çəkilən fotoları yayılıb. Almaniya kanslerinin hələ heç vaxt bu qədər kədərlə və yorğun görünmədiyi qeyd edilir.
A.Merkel səliqəli və ciddi geyimi ilə seçilirdi.
Yunanlar "yox" dedi, avro kəskin ucuzlaşdı
Almaniyanın kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland

Yunanlar "yox" dedi, avro kəskin ucuzlaşdı

Almaniya kansleri Ollandla görüşdən bir neçə saat öncə.

Yunanlar "yox" dedi, avro kəskin ucuzlaşdı
Algela Merkel olduqca yorğun görünür.

Yunanıstan referendum qərarından sonra borcların yenidən strukturlaşdırılması üçün işlərə başlayıb. Hökumət qənaət etmək, yoxsul təbəqənin maraqlarını nəzərə alaraq islahatlara aparmaq kimi məsələləri özündə ehtiva edən bir razılaşmanın təmin edilməsini hədəfləyir. Yunanıstanda keçirilən referendumun ilkin nəticələri məlum olub. Referendumda iştirak edən yunanların 61 faizi kreditorların tələblərinə "yox" deyib, Seçicilərin 39 faizi isə "bəli" deyə cavab verib. Bununla da ölkə əhalisi Yunanıstan hökumətinin kreditorların şərtlərinə razılıq verib-verməməsi barədə məsələyə aydınlıq gətirib.

Keçirilən sorğular göstərir ki, bu mövzuda əhalinin fikri də müxtəlifdir. Hakimiyyət insanları "yox" deməyə çağırır. Onlar kreditorlarla razılaşmağın digər yollarını axtarmağı təklif edir. Lakin bəzən insanların indiki hakimiyyətə güvənmədiyini və beynəlxalq kreditorları dəstəklədiyini də görmək mümkündür.

Yunanlar "yox" dedi, avro kəskin ucuzlaşdı
Yunanıstandakı referendumun nəticələri

3218 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___