Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı metrosunda problem yarandı, qatarlar tuneldə qaldı
Tarix: 05-03-2018 | Saat: 10:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu səhər Bakı metrosunda növbəti problem yaşanıb. "Həzi Aslanov” stansiyasından “İçərişəhər”ə doğru gedən qatar əvvəlcə təxminən 15 dəqiqə ərzində “Xalqlar dostluğu” stansiyası ilə “Neftçilər” stansiyası arasındakı tuneldə qalıb. Daha sonra 10 dəqiqəyədək “Neftçilər” stansiyasında platformada gözləyib.
Maşinist sərnişinlərə səslənərək  “narahat olmayın, texniki nasazlıq var, 2-3 dəqiqəyə qatar yola düşəcək” desə də, insanlar arasında panika yaşanıb.
Ürəyi sıxılan, halı pisləşənlərə elə sıxlıqdakı sərnişinlər özləri kömək etməyə çalışıb. Əsəbləri tarıma çəkilən sərnişinlər arasında hətta “söz savaşına” çıxanlar da olub.
08:09-da “Xalqlar dostluğu” stansiyasından “İçərişəhər” stansiyasına doğru hərəkət etməyə başlayan qatar 09:00-da “Gənclik” stanasiyasına çata bilib. Əsas çətinlik isə “Nərimanov” stansiyasına qədər yaşanıb. 

“Başı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəimi Paşayev hadisə ilə bağlı açıqlama verib:
““Nərimanov" stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verir. Nasazlığı aradan qaldırmağa çalışırıq. Yaranmış narahatlığa görə üzr istəyirik”, deyə o bildirib.  


Xəbəri paylaş

9298 dəfə oxunub.

Digər xəbərlər
24-04-2016, 17:31 Obama Almaniyaya gedib

bütün xəbərlər
____ Instagram ___