Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu gün 36 mindən çox şagird - buraxılış imtahanı verir
Tarix: 04-03-2018 | Saat: 13:45
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

Bu gün 36 mindən çox şagird
Bu gün Dövlət İmtahan Mərkəzi Bakıda, Naxçıvan Muxtar Respublikasında və Şirvanşəhərində 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.
Mərkəzdən verilən məlumata görə, bu gün ümumilikdə 36846 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
İmtahanda 36846 nəfər (Yasamal rayonunda 3082, Binəqədi rayonunda 4062, Səbail rayonunda 1597, Xətai rayonunda 3581, Xəzər rayonunda 2902, Nərimanov rayonunda 2212, Suraxanı rayonunda 2991, Sabunçu rayonunda 4784, Nəsimi rayonunda 2287, Qaradağ rayonunda 2100, Nizami rayonunda 2504, Pirallahı rayonunda 367, Naxçıvan Muxtar Respublikasında 3499, Şirvan şəhərində 878) 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.
Buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 80 imtahan mərkəzi ayrılıb.
İmtahanların idarə olunmasını ümumilikdə 240 imtahan rəhbəri, 2942 nəzarətçi‑müəllim həyata keçirəcək.
Qeyd edək ki, IX sinif şagirdləri üçün 11.03.2018 tarixlərində Sumqayıt, Abşeron, Gəncə, GöygölSamuxNaftalanGoranboyDaşkəsən, Şəki, OğuzQəbələLənkəranAstara, Biləsuvar, AğsuZərdabŞamaxıKürdəmirAğdamYevlaxBərdəTərtər, İmişli, SaatlıSabirabadXaçmazŞabranda, 18.03.2018 tarixində ŞəmkirGədəbəyAğstafaQazaxTovuzMingəçevirBalakənZaqatala,Qax, Yardımlı, CəlilabadMasallıLerikGöyçayAğdaşUcar, İsmayıllı, QobustanAğcabədiXocavəndFüzuliBeyləqanSalyanNeftçalaHacıqabulQusar, Quba, SiyəzənXızıda buraxılış imtahanının I mərhələsi keçiriləcək.
Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) bu qrafikə uyğun verəcəklər.
Heydər Əliyev adına Hərbi Lisey və C.Naxçıvanski adına Hərbi liseyin şagirdləri üçün imtahan martın 4‑də, Peşə liseyləri (11-ci sinif), Bakı şəhərində yerləşən xüsusi məktəblərin - internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün martın 18-də keçiriləcək.


Xəbəri paylaş

8808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___