355 min nəfərin maaşı artırıldı - Səlim Müslümov
Tarix: 02-03-2018 | Saat: 11:58
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Səhiyyə müəssisələrində və sosial təminat müəssisələrində çalışan və dövlət büdcəsindən maliyyələşdirilən şəxslərin əmək haqları mart ayının birində etibarən 10 faiz artırılıb. Ümumilikdə bu 4 kateqoriya üzrə 355 min şəxsə şamil olunacaq.
Bunu Siyəzəndə jurnalistlərin suallarını cavablandıran Əmək və Əhalinin Sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, bunlardan 200 min nəfər yaxını təhsil işçiləri, 140 min nəfərə yaxın səhiyyə müəssisələrində, 13 min nəfər yaxını elmi və elmi tədqiqat müəssisələrində, 2 min nəfər yaxın şəxs isə sosial təminat müəssisələrində çalışanlardır. Nazir bu şəxslərin 10 ay ərzində əmək haqlarının artırılması üçün dövlət büdcəsindən təqribən 100 mln. manatın ayrılması nəzərdə tutulduğunu deyib.
“Göründüyü kimi, Azərbaycan prezidenti İlham Əliyevin ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar davam edir və bunların hamısı əhalinin real gəlirlərinin artırılmasına, onların həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş addımlardır. Bu istiqamətdə işlər 2003-cü ildən başlayaraq sürətli şəkildə davam etdirilir. Bu da həmin səpgili növbəti addımların davamıdır. Bu prezidentin elan etdiyi kimi sosial dövlətin sürətli qurulmasını sübut edən faktlardır”, - deyə nazir vurğulayıb.
Xəbəri paylaş
9438 dəfə oxunub.
Digər xəbərlər

29-07-2017, 23:00
Bakının gül salonlarında narkotik bitki satılır
29-02-2016, 11:04
Tanınmış jurnalist: Heydər Əliyev qəzeti əlimdən alıb, otağın o biri başına tulladı
14-08-2017, 10:28
Bakıda DƏHŞƏTLİ İNTİHAR: özünü 10-cu mərtəbədən atdı
10-02-2018, 12:20
Natavanla Dado birdəfəlik ayrılıb
10-01-2017, 22:54
Çavuşoğlu açıqladı: Bu görüş Bakıda baş tutacaq
22-05-2016, 11:44
AKP sədrini seçir: Rusiya qurultaya çağırılmadı
24-09-2020, 08:54
İrandan İrəvana 7 müəmmalı reys: nə daşınır? – Sensasiya
9-08-2023, 16:59
Astarada ailə davası: Xəyanətə görə gəlin qayınanasını döydü
24-01-2017, 23:32
Sürücünün ağlamasını videoya çəkən polis işdən çıxarıldı
22-07-2021, 11:46
Millimizin üzvünün ölüm səbəbi açıqlandı - "Patı"