Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Astara sakini baldızını boşadığı üçün bacanağını bıçaqlayıb
Tarix: 28-02-2018 | Saat: 16:07
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər



Bacanaqlar arasında düşən mübahisə, sonda onlardan birinin bıçaqlanması ilə nəticələnib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Astara şəhərində qeydə alınıb.
 
 
Kakalos kənd sakini  Emin Əkbərov  şəxsi münaqişə zəminində bacanağı 64 yaşlı Həbib Məmmədovu bıçaqlayaraq ona ağır bədən xəsarəti yetirib. Bıçaq yarası alan Həbib Məmmədov dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.  
Həbib Məmmədovun yaxınlarının sözlərinə görə, hadisə Emin Əkbərovun yoldaşı ilə boşanmaq üçün keçirilən məhkəmə prosesindən sonra tərəflər arasında  yaranan mübahisə zamanı baş verib. 
 
Emin Əkbərov bacanağını bıçaqladığını etiraf edib. Hazırda baş verən hadisə ilə bağlı Astara rayon Polis Şöbəsinin istintaq bölməsində  araşdırmalar davam etdirilir.





Xəbəri paylaş

6898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___