Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda bahalı avtomobillərin qiyməti 1 milyon manata qədər yüksəlir
Tarix: 27-02-2018 | Saat: 20:12
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər



Azərbaycanda avtomobil bazarında əsas tələbat qiyməti təqribən 8-15 min manat arasında olan avtomobillərədir. Bunu trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
Ekspertin sözlərinə görə, qiyməti 15-40 min manat arası olan avtomobillərə də tələb var, ancaq 40 min manatdan baha avtomobillərə tələb aşağı səviyyədədir.
R.Osmanlı bildirib ki, bu amil Azərbaycana nəqliyyat vasitələrinin idxalında özünü göstərir: “Əgər rəsmi nümayəndəliklər il ərzində 40 avtomobil idxal edirsə, onun 35-i orta və ortadan aşağı qiymət kateqoriyasına aid olan avtomobillərdir. Yalnız 5-i orta qiymətdən yuxarı olanlardır".
Bahalı avtomobillərə gəlincə isə R.Osmanlı bildirib ki, Azərbaycanda qiyməti kifayət qədər yüksək olan müxtəlif markalı avtomobillər mövcuddur. Ekspertin sözlərinə görə, bu cür bahalı avtomobillərin qiyməti hətta bir milyon manata qədər yüksəlir.
R.Osmanlı qeyd edib ki, belə avtomobillər xüsusi sifarişlərlə gətirilir.


Xəbəri paylaş

8078 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___