Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda bayram çadırları qurulur
Tarix: 27-02-2018 | Saat: 12:37
Bölmə:Karusel / Gündəm | çapa göndər



Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtın bir neçə yerində-metronun “Neftçilər”, “Gənclik”, “28 May” stansiyalarının yaxınlığında bayram çadırları qurulub.
Bu barədə məlumat verən BŞİH-nin Ticarət və xidmət departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov deyib ki, çadırların 10 yerdə quraşdırılması nəzərdə tutulub:

“Bunlar əsasən, metrostansiyalara yaxın, əhalinin gediş-gəlişinin çox olduğu ərazilərdə olacaq. Bu  da insanların rahat şəkildə alış-verişini təmin etmək məqsədi daşıyır. Digər yerlərlə müqayisədə satışa çıxarılacaq malların qiyməti nisbətən ucuz olacaq”.

Ə.Bağırov qeyd edib ki,  bu həm də pərakəndə satışın qarşısını almağa da xidmət edir:

“Çünki kim harda, necə gəldi, tində stol qoyub nə isə satır. Bütün bunların baş verməməsi üçün çadırlar quraşdırırıq. Çadırlarda əsasən, səməni, bayram çərəzləri, bayram aksesuarları və s. satılacaq”.
 
Qurum rəsmisinin sözlərinə görə, bayram çadırları martın 25-də söküləcək”.
[email protected]


Xəbəri paylaş

7848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___