Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uşaqlara Tufan, Sunami və Qazax rayonunun adını qoymaq üçün müraciətlər edilib - RƏSMİ
Tarix: 23-02-2018 | Saat: 13:04
Bölmə:Karusel / Gündəm | çapa göndər



Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına valideynlər tərəfindən uşaqlara Tufan, Sunami, eləcə də Qazax rayonunun adının qoyulması üçün müraciətlər edilib.
Bunu trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
Onun sözlərinə görə, bu müraciətlərə mənfi cavab verilib:
“Valideynlər bizə müraciət edərək bildiriblər ki, uşaq 8 aydır, lakin adsızdır, biz ona Sunami adını qoymaq istəyirik. Bundan başqa, dünən oğlan uşağına Tufan adının qoyulması üçün müraciət edilib. Daha bir oğlan uşağı isə Qazaxda dünyaya gəldiyi üçün onun adını Qazax qoymaq istəyirdilər. Biz bu müraciətlərin hər üçünə mənfi cavab vermişik”.
S.Sadıqova qeyd edib ki, Ayşə adının "Ayişəm" formasında qoyulması üçün də müraciət edilib: “Bu müraciətə hələ cavab verilməyib”.
S.Sadıqova uşaqlara qoyulan adlarla bağlı güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyacın olduğunu da söyləyib.
Komissiyanın sədr müavini qeyd edib ki, Azərbaycanda yaşayan Türkiyə vətəndaşına Topraq adının qoyulmasına icazə verilib: "O, Azərbaycan vətəndaşı olmadığı üçün biz onların adlarının qoyulmasına müdaxilə edə bilmərik".
S.Sadıqova Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının uşaqlarına daha çox Damla, Damcı adlarını qoyduğunu da söyləyib.


Xəbəri paylaş

7388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___