İranda qanlı qarşıdurmalar davam edir,ölən və yaralananlar var
Tarix: 20-02-2018 | Saat: 13:53
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər
İranın paytaxtı Tehranda sufi-dərvişlərlə polis arasında qarşıdurmalar baş verib.
Toqquşmalara səbəb sufi cərəyanın nümayəndələrindən birinin həbs edilməsi olub.
Londonda nəşr edilən "Əş-Şark əl-Ausat" qəzetinin yazdığına görə, dərvişlərdən biri avtobusu bir qrup polisin üzərinə sürüb. Nəticədə, üç polis məmuru ölüb, sürücü həbs edilib.
Digər xəbərlərə görə, qarşıdurma zamanı 5 polis öldürülüb, daha 30 təhlükəsizlik əməkdaşı yaralanıb. Sufi cərəyanının üzvlərinin də yaralandığı bildirilir.
İran polisinin sözçüsü Səid Müntəzirülmehdi səhər saatlarına qədər davam edən qarşıdurmada ən azı 300 təriqət üzvünün həbs edildiyini açıqlayıb. Polislər kütləvi aksiyanın dağıdılması üçün gözyaşardıcı qazlardan istifadə ediblər.
Polisdən bildiriblər ki, hüquq-mühafizə orqanları ölkənin təhlükəsizliyini hədələyən istənilən qanunsuz hərəkətlərə qarşı çox sərt mübarizə aparacaqlar.
Xəbəri paylaş
6598 dəfə oxunub.
Digər xəbərlər

30-03-2020, 19:00
Polis insanların toplanmaması üçün bu gölə qara boya tökdü - FOTO
15-03-2015, 22:41
Böyük hacətlərin yerinə yetməsi üçün dua
1-04-2022, 12:10
Masallıda yerləşən “TUVA” Tibb Mərkəzində nələr baş verir..? - Mərkəzin direktoru Mirmehdi Mircavadzadə kimdir ?
26-02-2018, 14:02
Tofiq Musayevdən möhtəşəm QƏLƏBƏ-(FOTO+VİDEO)
24-05-2016, 20:30
BP ilə SOCAR Anlaşma Memorandumu imzaladı
16-12-2021, 07:41
Ermənistan cəmiyyətində anti-Rusiya meylləri güclənir
22-12-2021, 15:52
Azərbaycanda deputatların sayı artırılacaq? - AÇIQLAMA
27-06-2015, 13:09
Üzgüçülərimiz 15-ci oldu
19-01-2016, 16:20
Metroda 20 Yanvar faciəsinin qurbanları yad ediləcək
15-03-2017, 11:59
Bakı Metrosunda qadın özünü QATARIN ALTINA ATDI