Salyanda ağır qəza: 2 ölü, 2 yaralı
Tarix: 18-02-2018 | Saat: 12:17
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bu gün səhər saat 6 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 38-ci km-də 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Masallı rayonunun Boradigah qəsəbə sakini, 57 yaşlı Babayev Şəmsəddin Əliabbas oğlunun idarə etdiyi 44 BM 994 dövlət nömrə nişanlı "Mercedes Sprinter" markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən 90 JP 203 dövlət nömrə nişanlı 57 yaşlı Bakı şəhər sakini Natiq İdayət oğlu Əliyevin idarə etdiyi "Nissan" markalı avtokranla toqquşub.
Qəza nəticəsində mikroavtobusun sərnişini - 17 yaşlı Masallı rayon Boradigah qəsəbə sakini Şəbnəm Seydulla qızı Musayeva və həmin qəsəbədən olan digər sərnişin - 18 yaşlı Asif Vaqif oğlu Qardaşov alıdqları ağır xəsarətlərdən hadisə yerində keçiniblər. Daha 2 sərnişin - Boradigah sakinləri 50 yaşlı Nurəliyeva Gülzar Firudin qızı və 30 yaşlı Ağarəhimov Amin Həbibulla oğlu Salyan Mərkəzi Rayon Xəstəxanasına terləşdiriliblər. Yuxarı sağ ətrafından ağır xəsarət alan Gülzar Nurəliyeva hazırda əməliyyata götürülüb.
Hadisənin avtokranın ötmə əməliyyatında olarkən onunla eyni istiqamətdə hərəkətdə olan mikroavtobusla toqquşması nəticəsində baş verdiyi deyilir.
Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.
4208 dəfə oxunub.
Digər xəbərlər

25-03-2017, 10:47
Bakıda bu gecə işıqlar söndürüləcək
1-05-2016, 20:28
İran: “Qərb islam ölkələrini parçalaya bilməyəcək”
5-11-2017, 13:05
Məleykə Əsədova: “Qızım nazir olmaq istəyir” – VİDEO
19-09-2018, 16:43
Xərçəng xəstəliyinə mübtəla olmuş “vicdanlar”
29-11-2018, 11:44
THY-də yüksək vəzifədə çalışan şəxs Bakıda öldü
12-06-2019, 11:26
Bu məhsullar və xidmətlər bahalaşdı - SİYAHI
24-04-2016, 12:40
Pensiyaçılara kredit qadağasının səbəbi açıqlandı