Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda 197 hektar ərazi yandı – BU GECƏ
Tarix: 05-07-2015 | Saat: 15:46
Bölmə:Karusel / Hadisə / M2 / Foto-fakt | çapa göndər

Azərbaycanda 197 hektar ərazi yandı – BU GECƏ
Əsasən taxıl sahələri yanğına məruz qalıb

Azərbaycanın müxtəlif ərazilərində əkin sahələrində yanğınlar qeydə alınıb.Xeberaz.az Fövqəladə Hallar Nazirliyinin saytına istnadən xəbər verir ki, Cəlilabad rayonu, Alar kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 100 ha biçilmiş taxıl sahəsi və kol-kos yanıb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxşar hadisə Beyləqan rayonunda da qeydə alınıb. İkinci Şahsevən kəndində 20 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın saat 00:44-də söndürülüb.

Beyləqan rayonu, Haramı düzündə də bu gecə güclü yanğın olub. “CROWN CO” MMC-yə məxsus ərazidə 40 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın isə Beyləqan rayonunun qonşuluğundakı Füzuli rayonunda baş verib. Şükürbəyli kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 25 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub. Yanğın saat 03:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bu gecə Saatlı rayonu, Azadkənd kəndində də taxıl sahəsi yanıb. Vətəndaşa məxsus ümumi sahəsi 5 ha biçilməmiş taxıl sahəsi və digər vətəndaşa məxsus 7 ha biçilmiş taxıl sahəsini alov bürüyüb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub. Yanğın saat 04:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbəri paylaş

5828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___