25 gün əvvəl itkin düşən Türkan tapıldı - "Ona yaxşı həyat yoldaşı ola bilmədiyim üçün getdim"
Tarix: 12-02-2018 | Saat: 11:08
Bölmə:Karusel / Hadisə | çapa göndər
Göyçay rayonunda ötən ay evdən çıxaraq qayıtmayan ailəli qadın tapılıb.
Xəbəraz.Az xəbər verir ki, rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Rüfət Rasim oğlu bildirib ki, həyat yoldaşı, 1989-cu il təvəllüdlü Lətifova Türkan Vaqif qızı yanvarın 18-də yaşadığı Göyçay şəhərinin M.S.Ordubadi küçəsindəki 19 saylı mənzildən çıxaraq geri qayıtmayıb.
Rüfət Məmmədov bu barədə Göyçay Rayon Polis Şöbəsinə məlumat verib. Türkan Lətifova itkin düşmüş şəxs kimi qeydiyyata alıb və onun axtarışına başlanılıb. O, Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakıda, "Qara Qarayev" metro stansiyasının yaxınlığındakı mağazalardan birində tapılıb. Türkan Lətifova Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə həyat yoldaşı Rüfət Məmmədovla görüşdürülüb. Oğuz rayonu Bayan kənd sakini, bir uşaq anası Türkan Lətifova verdiyi izahatda Rüfət Məmmədovla ötən il ailə həyatı qurduğunu, evdə heç bir söz-söhbət olmadığını, mehriban yaşadıqlarını, şəkərli diabet xəstəsi olduğu üçün onu müalicə etdirdiyini bildirib. Türkan xəstəliyi ilə əlaqədar Rüfətə çox əziyyət verdiyini və ona yaxşı həyat yoldaşı ola bilmədiyini əsas gətirərək evdən getdiyini qeyd edib. Rüfət evi tərk edən Türkanı qəbul etməyib və onu öz anasına təhvil verib.
Rüfət Məmmədov rayonda avtoyuma məntəqəsində çalışdığını deyib: "Yanvarın 18-də nahar vaxtı Türkan Lətifova mənə zəng etdi ki, evdə yeməyi hazırlayıb. Getdim, Türkan məktub yazaraq evdən ayrılmışdı. Məktubda "Rüfət səni sevirəm, amma gedirəm" sözlərini yazmışdı".
РЕКЛАМА
Xəbəri paylaş
9588 dəfə oxunub.
Digər xəbərlər

14-12-2016, 17:27
Qarabağ əlili avtomobilinə od vurub yandırdı - VİDEO
29-07-2023, 18:04
Bakıda qadınlar arasında KÜTLƏVİ DAVA: Xəsarət alan var
25-08-2023, 13:42
Sürücülərə XƏBƏRDARLIQ! – Bu hallara YOL VERİLMƏMƏLİDİR
13-07-2016, 01:44
Futbolçumuzu öldürən erməni həbs edildi
8-03-2019, 07:52
Müğənni dünyasını dəyişdi -FOTO
12-10-2015, 12:57
Yardımlıda “fövqəladə vəziyyət”: Mərkəzə giriş-çıxış məhdudlaşdırılıb
20-09-2023, 08:55
Metroda QORXULU ANLAR - Sıxlıqda gənc qız...
19-03-2016, 10:00
Astroloji proqnoz - 19 mart
29-06-2017, 19:29
Sabah “ilin toyu”du: 260 şəxsi təyyarə, 300 “oxrana”...
16-12-2016, 01:28
FHN əməkdaşları təltif edildi – Sərəncam