“WhatsApp“ istifadəçilərinə xəbərdarlıq
Tarix: 05-07-2015 | Saat: 14:16
Bölmə:Karusel / Gündəm / M2 / Texnologiya | çapa göndər
"ESET” beynəlxalq antivirus şirkəti "WhatsApp” messenceri üçün populyar əlavə adı ilə mobil troyanın yayılması barədə xəbərdarlıq edib
Zərərli proqram "Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğulara qarşı yönəlib. Bu barədə Xezerxeber.com Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumat verir.
Troyan 2015-ci ilin əvvəlindən aktivləşməyə başlayıb. Cinayətkarlar onu "WhatsApp” adı altında gizlədərək qeyri-rəsmi mobil əlavələr mağazaları vasitəsilə yayırlar.
Proses bu şəkildə gedir: saxta "WhatsApp” ilə ilk "apk” fayl yükləndikdən sonra zərərli proqram istifadəçiyə əlavədən istifadəyə görə ödəniş etməyi təklif edir. Ödəniş başa çatdıqdan sonra əlavə paketlərin olduğu ikinci "apk” yüklənməyə başlayır. Sonra troyan əməliyyat sistemində quraşdırılmaya keçərək inzibatçının hüquqlarını, o cümlədən SMS-bildirişin göndərilməsi üçün icazəni istəyir.
Virus istifadəçinin mobil hesabını boşaldaraq ödənişli nömrələrə qeyri-qanuni SMS-bildirişlər göndərir. Bundan başqa, zərərli proqram müstəqil şəkildə zənglər edə və uzaq məsafədə yerləşən serverə qurğu və sistem haqqında məlumatlar göndərə bilir.
Xəbəri paylaş
7408 dəfə oxunub.
Digər xəbərlər

13-10-2015, 21:18
İrina Şeyk alt geyimlərində - FOTOSESSİYA
15-11-2015, 14:44
Bakıda 5 günlük uşağı küçəyə atdılar
4-11-2018, 11:53
22 yaşlı hamilə qadın arı sancmasından şoka düşdü - SUMQAYITDA
29-11-2020, 12:14
Premyer Liqa: “Qarabağ” “Səbail”ə qarşı
28-09-2021, 15:33
Sabah yağış yağacaq, dolu düşəcək
4-05-2016, 23:57
Qarabağda status-kvo mümkün deyil - Zolyan
6-08-2019, 19:15
335 abituriyent elektron ərizəsini təsdiq etməyib - DİM
16-09-2019, 09:26
Azərbaycanda yeni dərs ili başladı
31-08-2016, 13:00
İçərisində 43 min manat olan bankomat oğurlandı - ŞİRVANDA