İstanbulun 3-cü hava limanı oktyabrda istifadəyə veriləcək
Tarix: 10-02-2018 | Saat: 14:47
Bölmə:Karusel / Dünya | çapa göndər
Türkiyənin İstanbul şəhərində inşa olunan sayca 3-cü hava limanı bu il oktyabrın 29-da, yəni Türkiyə Cümhuriyyətinin elan edilməsinin 95-ci ildönümündə istifadəyə veriləcək.
Bu barədə aeroportun inşasını həyata keçirən “Liman Holdinq”in İdarə Heyətinin sədri Nihad Özdəmir məlumat verib.
Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan isə bildirib ki, yeni hava limanı ilə bağlı işlərin 73%-i artıq görülüb. Onun sözlərinə görə, son 15 ildə ölkədə aeroportların sayı 26-dan 55-ə, hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı isə 34,5 mln. nəfərdən 180 mln. nəfərə çatdırılıb. 2018-ci ilin yekununda daşınan sərnişinlərin sayının 189 mln. nəfər olacağı gözlənilir.
İstanbulun 3-cü hava limanı isə 90 mln. nəfərə xidmət edəcək. Burada ilkin mərhələdə 100 min nəfərin, 2023-cü ildə isə 200-225 min nəfərin məşğulluğu təmin ediləcək. Aeroport ölkənin ümumi daxili məhsulunun formalaşmasında təxminən 5%-lik paya malik olacaq.
Xəbəri paylaş
6628 dəfə oxunub.
Digər xəbərlər

19-10-2015, 18:42
Tərtər və Daşkəsən şəhərlərində tikinti-quraşdırma işləri sürətlə davam edir - FOTO
14-10-2017, 09:17
Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı 36-ya çatıb
15-07-2018, 11:24
Bakıda yolun çökmə səbəbi açıqlandı
7-12-2016, 12:01
Bakıda toya çağırılmamış gələn adamı döydülər
23-06-2020, 17:19
Vilayət Eyvazov bu post komandirlərin YERİNİ DƏYİŞDİ
5-07-2016, 23:09
Nə üçün qadınlar hündürboy kişilərə daha çox üstünlük verir?
19-04-2016, 12:36
“Yerevanın gözəllik salonlarından yığılmış erməni qızları...”
21-03-2015, 15:32
Həkim nə deyir