Bakıda gənc oğlan su istəmək adı ilə evə daxil olub yaşlı qadına hücüm edib
Tarix: 09-02-2018 | Saat: 19:03
Bölmə:Karusel / Hadisə | çapa göndər
Paytaxtın Nizami rayonunda ahıl yaşlı qadına qarşı quldurluq edilib.
Daxili işlər nazirliyindən verilən məlumata görə, bu barədə zərərçəkən Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verərək bildirib ki, yanvarın 31-də Nizami rayonu R.Rüstəmov küçəsi 47 ünvanında yerləşən mənzilinə keçmiş qonşusu Kirill adlı şəxs su istəmək adı ilə daxil olub. Daha sonra həmin şəxs ona bıçaqla hədə-qorxu gələrək sol əlinə xəsarət yetirib və mənzildə olan qiymətli əşyaları götürərək hadisə yerindən qaçıb.
Məlumat ərazi üzrə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinə ötürülən kimi dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq cinayətini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kirill Bakutov saxlanılıb və o, ifadəsində törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nizami RPİ-yə müraciət edə bilərlər.
Xəbəri paylaş
6788 dəfə oxunub.
Digər xəbərlər

22-06-2022, 11:37
Azərbaycanda YENİ QƏRAR - Ət ucuzlaşacaq
28-05-2019, 16:07
Dünya liderləri İlham Əliyevi təbrik edir
7-05-2018, 20:51
"Yaxşı edib boşanmışam" - Lətafət
24-06-2019, 13:08
Sabiq deputatın şirkəti CƏRİMƏLƏNDİ
18-11-2017, 18:47
Lənkəran-Lerik bölgəsində zəlzələ oldu
22-06-2016, 13:21
Aparıcı Samira “Qəlbim boşdur, sevmək istəyirəm” – FOTO
16-10-2016, 00:26
İraqda böyük müharibə başladı - SON DƏQİQƏ
9-10-2021, 10:08
Bakı Zooloji Parkına girişin QİYMƏTLƏRİ MÜƏYYƏNLƏŞDİ
5-04-2018, 17:11
Cümhuriyyətlə yaşıd olan azərbaycanlılar...
25-05-2016, 20:41
“The Business Year”nin təqdimatı keçirilir - Foto