Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hacıbala Abutalıbovun oğlu adını dəyişdi
Tarix: 09-02-2018 | Saat: 11:37
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Hacıbala Abutalıbovun oğlu adını dəyişdi
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov adını dəyişib.

Xəbəraz.Az xəbər verir ki, bu haqda gununsesi.info məlumat yayıb. Xəbərə görə, artıq Abu Bəkr Abutalıbov olan mer oğlu İstanbulun Sultanahmet məhəlləsində dəyəri 20 milyon dollara olan otel alıb. O, Türkiyədə vətəndaşlıq statusu alıb, otelin yenilənməsi üçün daha bir neçə milyon xərcləyib. “Ajwa” adı ilə fəaliyyət göstərən oteldə Azərbaycan mətbəxini təklif edən ayrıca restoran da fəaliyyət göstərir. Abu Bəkr Abutalıbov “Ajwa” markası ilə ikinci otelini də Kapadokyada açacaq. 

İsrafil Abutalıbov adı illərdir ki, mətbuatın gündəmindən düşmür. 2006-cı ildə qəzetlər İsrafil Abutalıbovun öz bahalı avtomobilində İstiqlaliyyət küçəsindəki elit dükanların birinə girərək qəzəbli halda oradan biri 2 min dollar olan qadın paltarı aldığını, həmin paltarla maşınının şüşələrini və təkərlərini silib nümayişkaranə şəkildə cırdığını və zibil qutusuna atdığını yazırdı. Səbəb də o imiş ki, İsrafil bəyin rəfiqəsi o dükandan həmin paltarı almaq istəyib. Amma satıcılar ona paltarı əyninə geyib yoxlamağa icazə verməyib.
(musavat)


Sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun qızı ilə boşanandan sonra İsrafil Abutalıbov uzun müddət Londonda yaşamışdı.


Xəbəri paylaş

1 0748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___