Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əfqan Muxtarlı yaxınlarının yasına buraxılıb
Tarix: 08-02-2018 | Saat: 12:27
Bölmə:Karusel / Gündəm | çapa göndər



Həbsdə olan jurnalist Əfqan Muxtarlı yaxınlarının yas mərasimində iştirak etməsi üçün evə buraxılıb.
Jurnalist üç gün müddətinə evə buraxılıb. 
Qeyd edək ki, məhkəmənin hökmü ilə Əfqan Muxtarlı altı il müddətinə azadlıqdan məhrum edilib. Ə.Muxtarlı həbsdə olarkən, onun yaxın qohumlarının evində faciə baş verib.
Belə ki, Zaqatalanın Aşağı Tala kəndində Əfqan Muxtarlının bacısı, bacısının və qardaşının uşaqları zəhərlənmədən dünyasını dəyişiblər. 
Xatırladaq ki, Ə. Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.
Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.


Xəbəri paylaş

6288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___