Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
MSK-ya ilk iddiaçı ərizəsi göndərildi
Tarix: 07-02-2018 | Saat: 18:39
Bölmə:Karusel / Siyasət | çapa göndər



AĞ Partiyanın sədri Tural Abbaslının 11 apreldə keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə sənədləri fevralın 7-də Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Bu barədə AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli məlumat verib.
O, bildirib ki, namizədliyin irəli sürülməsi bu gündən başlayır: “Ona görə də MSK-ya Tural Abbaslının prezidentliyə namizədliyinin irəli sürməsi barədə ərizəsini və digər lazımi sənədləri MSK-ya göndərdik. Qanunun tələbinə görə, bundan sonra namizədə imza vərəqələri verilməlidir. 
Beləliklə, seçkilərdə MSK-ya namizədliyi üçün ilk müraciət edən Tural Abbaslı oldu”.
Qeyd edək ki, prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi fevralın 27-dən martın 12-dək davam edəcək.
Növbədənkənar prezident seçkilərində prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi səsvermə gününə ən çox 50 gün, ən azı 30 gün qalanadək, yəni 2018-ci il 27 fevraldan, 12 mart saat 18.00-dək davam edəcək.


Xəbəri paylaş

6618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___