Suriyada Türkiyənin daha bir hərbçisi şəhid olub, 6 nəfər yaralanıb
Tarix: 06-02-2018 | Saat: 11:35
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər
Suriyanın İdlib bölgəsində müşahidə məntəqəsinə hücum nəticəsində Türkiyənin bir hərbçisi şəhid olub.
Məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Terrorçuların hücumu nəticəsində Türkiyənin 5 hərbçisi və bir mülki şəxs də yaralanıb.
Qeyd edək ki, 2017-ci il oktyabrın 9-da Türkiyə ordusu İdlib əyalətinə daxil olub. Onlar Qazaxıstanın paytaxtı Astana şəhərində üç təminatçı dövlət - Türkiyə, İran və Rusiya arasında əldə edilən razılaşmaya uyğun olaraq İdlibə giriblər. Astanada baş tutan altıncı görüşdə əyalət münaqişəsiz bölgə elan edilib.
Təminatçı üç dövlətin səlahiyyət verdiyi müşahidəçilər münaqişəsiz bölgələrə nəzarət edəcəklər. Onların əsas vəzifələri Bəşşar Əsəd rejimi ilə müxalif qüvvələr arasında atışmanın qarşısını almaqdır. Türkiyə, İran və Rusiyanın hər biri bölgəyə 500 müşahidəçi göndərəcək. Türkiyə hərbçiləri İdlibin daxilinin, Rusiya isə ətrafının təhlükəsizliyini təmin edəcək.
2017-ci ilin dekabrında Suriyadakı rejimin başçısı Bəşşar Əsədə bağlı silahlılar İdlibdə Türkiyə hərbçilərinin yerləşdiyi əraziləri bombalamışdı. Türkiyə hadisə ilə bağlı İran və Rusiyaya etirazını bildirmişdi.
Xəbəri paylaş
6208 dəfə oxunub.
Digər xəbərlər

16-04-2015, 16:32
Vüsalə ilə Azər barışdı? – FOTO
9-01-2016, 12:12
Türkiyədə dəhşətli qəza: azərbaycanlı hamilə qadın can verdi
8-12-2017, 13:28
Afaq: “Bu şəkillərim bir çox kişilərin nəfəsini kəsəcək” - FOTOLAR
17-01-2016, 01:21
Bakıda qadın bahalı xəz paltonu oğurlayan zaman kameraya düşdü - Video
16-10-2022, 10:23
Bakıda gözəllik salonundan gələn qadın ərinin içki məclisini qana boyadı - Şok təfərrüat
27-04-2016, 18:01
Sərkisyan Rusiyanı şantaj edir – Heydər Camal
21-04-2015, 14:28
Avtobuslarda vahid ödəniş sisteminin tətbiqi təxirə salınır
7-03-2022, 10:48
Füzulidə ata qızını qətlə yetirdi
5-01-2018, 16:01
"İlk dəfə 4 yaşımda öpüşmüşəm" - Faiq Ağayev
16-03-2021, 19:58
Deputatın şirkətində qaranlıq işlər... - İTTİHAM