Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ramazan ayının 18-ci gününün duası və təqvimi
Tarix: 05-07-2015 | Saat: 12:11
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Ramazan ayının 18-ci gününün duası və təqvimi
“İlahi, məni bu ayda Öz səhərlərinin bərəkəti üçün oyat”.

Xeberaz.az müqəddəs Ramazan ayının 18-ci gününün təqvimi və duasını təqdim edir.

18 ramazan 1436 – 05 iyul 2015

İmsaq: 04:46
İftar: 21:31

İmsaq vaxtının son həddi sübh namazı vaxtından 20 dəqiqə əvvəldir.

18-ci günün duası:

Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin.

Tərcüməsi:

İlahi, məni bu ayda Öz səhərlərinin bərəkəti üçün oyat, qəlbimi Öz işıqlarının ziyası ilə nurlandır, bütün əzalarımı o nurun ziyasında sabit qıl. Səni öz nuruna and verirəm, ey ariflərin qəlblərini İşıqlandıran Allah!

Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi internet saytından götürülüb.

Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.


Xəbəri paylaş

8378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___