Prezident: Vəziyyət dəyişir
Tarix: 05-02-2018 | Saat: 19:03
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ölkəmizdə çox müsbət demoqrafik dinamika nəzərə alınmaqla, yeni iş yerlərinin yaradılması istiqamətində səmərəli iş aparılır.
Xəbəraz.Az xəbər verir ki, bunu prezidenti İlham Əliyev fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında iştirak edən beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətinin bir qrupunu qəbul edərkən deyib.
Dövlət başçısı deyib ki, Azərbaycanda son 15 ildə əhalinin sayı bir milyon yarım artıb və bu artım meyili hələ də davam edir:
“Bu da inkişaf etməkdə olan iqtisadiyyatın göstəricisidir. Son 15 il ərzində iqtisadiyyatımız, ümumi daxili məhsul 3,2 dəfə artıb. Hazırda Davos Dünya İqtisadi Forumunun son qiymətləndirməsinə görə, Azərbaycan rəqabətqabiliyyətlilik cəhətdən dünyada 35-ci, inkişaf etməkdə olan ölkələr arasında isə, - orada 80-dək inkişaf etməkdə olan ölkə var, - 3-cü yerdədir. Bu, bizim ölkəmizin potensialını nümayiş etdirir”.
Prezident bildirib ki, əldə olunan nailiyyətlərlə kifayətlənə bilmərik. Çünki dünyada vəziyyət dəyişir:
“Qeyri-sabitlik, müharibələr, münaqişələr, qaçqınlar, miqrasiya - bunlar insanlar üçün və bütün bəşəriyyət üçün böyük bəlalardır”.
Dövlət başçısı bildirib ki, Azərbaycan bu problemlə iyirmi ildən artıqdır - Ermənistan tərəfindən işğala və etnik təmizləməyə məruz qaldığı dövrdə üzləşib. Bu işğal nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilib.
Prezident onu da deyib ki, bu kateqoriyadan olan insanlar arasında yoxsulluq, işsizlik səviyyəsi çox yüksək idi : "Biz bunu xeyli azalda bildik. Onları layiqli işlə, mənzillərlə təmin etdik. 265 min nəfər dövlət hesabına mənzillə təmin olundu. Bu proses indi də davam edir".
Xəbəri paylaş
8188 dəfə oxunub.
Digər xəbərlər

24-09-2016, 18:11
Təqaüdçülərə ŞAD XƏBƏR
12-05-2015, 01:16
Lerik rayon sakinlərinə şəxsiyyət vəsiqələri təqdim olunub.
10-09-2023, 18:17
QURANda adı çəkilən meyvənin 10 İNANILMAZ FAYDASI
4-06-2018, 10:21
3 yaşlı uşaq faciəvi şəkildə öldü-Tovuzda
2-01-2017, 12:19
İsrail baş naziri istintaqa ifadə verəcək
28-07-2020, 16:06
Quli” ləqəbli şəxs saxlanıldı
13-11-2022, 12:39
Ölümə aparan gizli xəstəliklər: Onların əlaməti olmur – SİYAHI
28-04-2016, 12:47
Rusiyanın məşhur tankı İrəvanda - Video
16-05-2017, 12:59
Azərbaycanda DƏHŞƏT: oğul maşınla atasının üstündən keçib öldürdü