Bu ərazidə sürüşmələr davam edir - XƏBƏRDARLIQ
Tarix: 02-02-2018 | Saat: 15:01
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesinin dinamikası aktivdir, yəni burada sürüşmə prosesi davam edir və stabillik yoxdur.
XəzərXəbər xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
R.Həsənov bildirib ki, sadalanan ərazilərdəki mövcud çatlarda genişlənmə gedir. Suraxanı rayonu Zığ qəsəbəsində ayrı-ayrı sahələrdə qrunt sularının yer səthinə çıxışı, bəzi ərazilərdə lokal sürüşmə sahələrində nisbi aktivlik müşahidə edilir.
Mütəxəssis qeyd edib ki, Bakının Binəqədi rayonunun, Sabunçu rayonunun Maştağa qəsəbəsinin Nizami küçəsi boyunca bəzi ərazilərində, Savalan qəsəbəsində, Yeni Ramana qəsəbəsindəki "Şuşa şəhərciyi”ndə və Abşeron rayonunun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca subasma hadisələrində aktivlik müşahidə edilib. Bu ərazilərdə subasma hadisələri təbii amillər - atmosfer yağıntılarının təsiri ilə qrunt sularının qalxması səbəbindən baş verib.
Nazirlik rəsmisi əlavə edib ki, Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində Günəşli yaylası küçəsindən tektonik qırılma xətti keçir: "Burada təbii və texnogen amillərin təsirindən aktivləşmə baş vermişdi. Hazırda torpaq qatında gözlə görünən çatlar müşahidə edilir, lakin bu günlər ərzində orada vəziyyət stabildir, ciddi aktivləşmə müşahidə edilməyib”.
Xəbəri paylaş
6088 dəfə oxunub.
Digər xəbərlər

14-01-2016, 12:06
Gömrükdən nəyi pulsuz keçirmək olar? – SİYAHI
9-11-2015, 13:20
Ruhi xəstələr: onların da hüquqları var - REPORTAJ
16-03-2019, 10:09
Rusiya bu iki ölkəyə hücum edəcək – Saakaşvili
31-07-2015, 11:06
Murad Dadaşovun ölüm xəbəri yayıldı - Açıqlama
11-04-2023, 15:13
64 yaşında hamilə qalan xanım danışdı: “Bacarana can qurban!” - Video
1-08-2020, 15:43
Fuad Qəhrəmanlının saxlanıldığı yer məlum oldu
27-10-2016, 10:38
Hillari 69 yaşını təyyarədə qeyd etdi - Video
20-08-2018, 18:23
Yay "qayıdır": Avqustun 24-dək hava isti olacaq
12-03-2017, 22:10
Azərbaycan prezidenti Fransaya rəsmi səfər edib