Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məleykə Əsədova Ramiz Məlikdən apellyasiya şikayəti verib
Tarix: 01-02-2018 | Saat: 11:23
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


Xalq artisti Məleykə Əsədova ilə xalq artisti Ramiz Məlik arasında məhkəmə çəkişməsi davam edir.

M.Əsədovanın yeni vəkili Ceyhun Yusifov açıqlamasında bildirib ki, Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib. 

Müdafiəçinin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən apellyasiya şikayətində müvəkkilinin 200 min manat məbləğində təzminatının təmin edilməsi istənilir. 

C.Yusifov söyləyib ki, R.Məlik M.Əsədovanın şərəf və ləyaqətini təhqir etdiyi üçün hüquqi müstəvidə sona qədər mübarizə aparılacaq. 

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib. 

R.Məlikin vəkili Türkel Süleymanlı da məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Mülki iddia icraata qəbul edilib. 

Lakin Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, hər iki iddia təmin edilməyib.


Xəbəri paylaş

6728 dəfə oxunub.

Digər xəbərlər
12-12-2018, 13:39 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___