Rezidenturaya qəbul olmaq istəyənlərin - NƏZƏRİNƏ
Tarix: 01-02-2018 | Saat: 11:10
Bölmə:Karusel / Təhsil | çapa göndər
Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı (təkrar) keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
DİM tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə sınaq imtahanı* keçiriləcəkdir.
Sınaq imtahanında iştirak etmək istəyənlər 2 fevral saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
Sınaq imtahanı 2 fevral 2018-ci il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (BakıAsiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.
* Sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə edilir. Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə almasını xahiş edirik.
Xəbəri paylaş
7708 dəfə oxunub.
Digər xəbərlər

25-10-2015, 13:03
Deputatlığa namizəd qətlə yetirildi
10-04-2017, 21:45
Dua etməyin 10 şərti
25-06-2018, 19:25
Avqustdan əvvəl qarpız yeməyin... RƏSMİ XƏBƏRDARLIQ
30-04-2016, 13:27
"Cəbhə xəttindəki gərginlik Formula 1-ə təsir etməyəcək" - Video
29-08-2015, 10:29
O qədər kiçik idi ki (Foto)
4-09-2017, 10:45
Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov: “Asan deyildi, ancaq turnirə əla hazırlaşmışdım”
11-01-2016, 15:51
Uşağınız yeməkdən imtina edirsə, bunları edin - PSİXOLOQ YAZIR
10-09-2018, 15:57
Babək prospektinin istifadəyə veriləcəyi VAXT - Az qalıb
14-12-2022, 16:21
Damarları qocalana qədər sağlam saxlamaq istəyənlər üçün MÖCÜZƏVİ MƏHSUL