SÜRÜCÜLƏR DİQQƏT:Bu yollar buz bağlaya bilər
Tarix: 27-01-2018 | Saat: 20:32
Bölmə:Karusel / Gündəm | çapa göndər
Qarlı hava şəraiti bəzi yollarda, xüsusi ilə yüksək dağlıq ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaradıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli hazırda yollarda ciddi problemlərin müşahidə edilmədiyini bildirib.
Bununla belə, A.Nəcəfli qeyd edib ki, buz bağlayan yollarda duz-qum qarışığı səpilir, qarın təmizlənməsi istiqamətində işlər görülür.
"Ümumiyyətlə dağlıq ərazilərdə yerləşən avtomobil yollarının əksəriyyətində qar yağır. Yollarda nəqliyyatın hərəkətində müəyyən çətinliklər var. Amma bütövlükdə yollar tam açıqdır. Mən hazırda Bakı-Şamaxı yolundayam. Bu yolda bəzi ərazilərdə külək əsir, yolda qar örtüyünün əmələ gəlməsinə səbəb olur. Bu yol boyu texnikalarımız işləyir. Adıçəkilən yolda heç bir problem yoxdur. Qısamüddətli müəyyən problemlər ola bilər. Sadəcə olaraq bəzi sürücülərin qarlı hava şəraitinə hazır olmaması müəyyən problemlərin yaranmasına səbəb olur. Belə ki, qış mövsümünə hazırlıqlı olmayan sürücülər var ki, qarlı havada yola çıxıblar, qəza durma işığını yandıraraq çox aşağı sürətlər hərəkət edirlər. Çünki, avtomobil şinlərinin protektoru yeyilmiş haldadır, başqa sözlə, avtomobil qış şinləri ilə təchiz edilməyib Hazırlıqlı sürücülər isə yollarda heç bir problemlə üzləşməyib", - deyə A.Nəcəfli vurğulayıb.
Agentlik rəsmisi əlavə edib ki, yolların buz bağlama ehtimalı olduğuna görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: "Yüksək dağlıq ərazilərinin hamsında qar yağdığına görə müəyyən problemlər var. Temperatur mənfiyə düşdüyünə görə külək tutan, enişli-yoxuşlu yolların, körpülərin buz bağlama ehtimalı çoxdur. Düzdür, hazırda ciddi problem yoxudr. Amma gecə və səhərə doğru yollar buz bağlaya bilər. Bizim əməkdaşlar gecə saatlarınadək yollarda işləyəcək. Nəqliyyatın hərəkətində çətinliyin olmaması üçün səhər saatlarından etibarən Agentliyin əməkdaşları yolların qardan təmizlənməsi işinə başlayacaq" (apa)
Xəbəri paylaş
6828 dəfə oxunub.
Digər xəbərlər

10-04-2020, 18:04
Maliyyə dəstəyi ilə bağlı qurumlararası məsələlərin əlaqələndirilməsi üzrə İqtisadiyyat Nazirliyində İşçi Qrupu yaradılıb
15-03-2017, 18:41
Bakıda 25 yaşlı qız qayçı ilə özünə xəsarət yetirib
21-12-2018, 17:38
11-ci mərtəbədən yıxılan fəhlə öldü-Bakıda
10-06-2015, 14:35
Avropa Olimpiya Komitəsinin prezidenti (AOK) Patrik Hikki Bakıya gəlib.
17-09-2016, 15:55
Rus alim ermənilərlə Qarabağ davasına çıxdı - Foto
1-12-2019, 11:42
"Faiq Ağayev də, Elza Seyidcahan da, mən isə... - Royadan AÇIQLAMA
14-10-2018, 13:53
İzmirdə dəhşətli QƏZA: 19 ölü, 5 yaralı - FOTOLAR
12-09-2016, 22:07
Xörəyə duz əvəzinə “xlorofos” tökdü, bütün ailə zəhərləndi (VİDEO)
14-06-2018, 10:12
Gəncə sakini qohumunun üzərinə benzin töküb yandırdı