Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Baş prokuror ötən il görülən işləri qiymətləndirdi
Tarix: 27-01-2018 | Saat: 20:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Baş prokuror ötən il görülən işləri
Yanvarın 26-da AzərbaycanRespublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi,Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2017-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu strateji əhəmiyyətli milli siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirildiyini, 2017-ci ilin ölkəmizdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar həyata keçirilməklə gələcək onilliklər üçün əsası qoyulmuş layihələrin təməlinin atılması ilə zəngin olduğunu bildirib.

Yola saldığımız ildə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər sırasında ölkəmizin Davos Ümumdünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda reytinqdə daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşması, eyni zamanda həmin təşkilatın ənənəvi inklüziv inkişaf indeksində ölkəmizin dünyada inkişaf edən dövlətlər arasında 3-cü yerə layiq görülməsi, “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilədək uzadılması, Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yolun -Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, idmançılarımızın mötəbər beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etməsi və s. uğurlar xüsusi vurğulanıb.

Baş prokuror işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı və Şıxarx qəsəbəsində yeni şəhərciyin salınması ilə “Böyük Qayıdış” prosesinə start verilməsini ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb.

Xüsusi olaraq vətəndaş məmnunluğunun təmin edilməsində əvəzsiz rol oynayan “ASAN” xidmət mərkəzlərinin səmərəli fəaliyyəti qeyd edilməklə mərkəzlərə yarandığı gündən 20 milyona yaxın müraciət edilməsinin, həmçinin 2019-cu ilin sonuna qədər ölkəmizdə “ASAN xidmət” Mərkəzlərinin sayının 20-ə çatdırılmasının dövlət qulluqçusu - vətəndaş münasibətlərində dövlətin həyata keçirdiyi siyasətin mühüm təzahürü kimi vurğulanıb.

Cari hesabat dövrünün ölkəmiz üçün müsəlman Şərqində ilk demokratik, parlamentli respublikanın - Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi ilə əlamətdar olacağı bildirilməklə, Azərbaycan Respublikası Prezidentinin dövlətçilik irsimizə ehtiramın müstəsna nümunəsi kimi 2018-ci ili “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan etməsinin önəmi xüsusi qeyd edilib. Bununla yanaşı, cari ilin prokurorluq orqanlarının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi ilə də xüsusi əhəmiyyətə malik olacağı bildirilməklə, prokurorluq orqanlarının hər bir əməkdaşının səmərəli fəaliyyəti və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Cümhuriyyətin, o cümlədən Prokurorluğun yaradılmasının 100 illiyinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

Hesabat məruzəsində bildirilmişdir ki, 2017-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub, daxili işlər və digər hüquq mühafizə orqanları ilə əlaqəli fəaliyyət göstərilməklə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunub. Bu dövrdə prokurorluq orqanlarının bütün səyləri, ilk növbədə Dövlət başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, müasir məzmunlu islahat tədbirlərinin eyni intensivliklə davam etdirilməsinə, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsinə, müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılmasına, möhkəm nizam-intizam yaradılmaqla neqativ təzahürlərin vaxtında aradan qaldırılmasını təmin edən işlək nəzarət mexanizminin yaradılmasına istiqamətləndirilib.

Belə ki, ötən il Respublikamızda insan hüquqlarının daha səmərəli təmin olunması, hüquq və qanunvericilik sisteminin inkişafının yeni mərhələsi sayıla biləcək Ölkə Başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli proqram xarakterli Sərəncamının bu istiqamətdə görülən işlər üçün yol xəritəsi əhəmiyyətinə malik olması qeyd edilib.

Ölkəmizdə uzun illər cinayətkarlığa qarşı aparılan barışmaz və effektiv mübarizənin məntiqi nəticəsi kimi qəbul edilmiş Sərəncamın əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən humanist siyasətin növbəti təzahürü olması bildirilməklə Sərəncamdan irəli gələn, prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin tam və dəqiq yerinə yetirilməsi, cəza siyasətinin liberallaşdırılması, cinayət təqibi ilə əlaqədar fəaliyyətin səmərəli təşkil edilməsi məqsədilə konkret tapşırıqlar verilib.


Xəbəri paylaş

5928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___