Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qardaşının qatilinə yüngül cəza verilməsini istədi - MƏHKƏMƏ
Tarix: 26-01-2018 | Saat: 13:36
Bölmə:Karusel / Hadisə | çapa göndər



Tanışını evində öldürməkdə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə  şahid qismində dindirilən Elşad Mehdiyev deyib ki, qardaşının ölümü haqda məlumatı gec bilib. O, qeyd edib ki, qardaşının meyitini morqa apardıqdan sonra ona deyiblər: "Fərhad içki içən adam idi, amma kiməsə zərər verən deyildi. Qardaşım uzun müddət Rusiyada yaşayıb, orada işləyirdi. Sovet vaxtı Azərbaycanda tutulub, həbsdə yatmışdı".
 
O, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və yüngül cəza verilməsini istəyib.
 
Şahid Cəmilə Mehdiyeva R.Məmmədovun qonşusu olduğunu deyib : "Rəcəb heç vaxt tərbiyəsizlik, mədəniyyətsizlik etməyib. Amma onu qatar vurandan sonra çox dəyişdi. Hadisə günü çöldə oturub hava alırdım, gördüm kimsə keçdi və Rəcəbin qapısını döyüb içəri girdi. Ondan pis qoxu gəlirdi, yarım saat sonra evdən səs-küy gəlməyə başladı. Elə bil evdə ora bura stol-stul atırdılar".
 
Xatırladaq ki, R.Məmmədov ittiham üzrə özünü təqsirli bilmədiyini söyləyib.
 
O, ifadəsində hadisə günü sərxoş olduğunu deyib: "Kristina, Mixayıl və Fərhadla bir yerdə kafeyə getdik. Onlar içdi, amma mən içmədim. Çünki gündüz içki içmişdim. Sonra evə getdik. Gecə rəhmətlik Fərhad məndən pul istədi. Mən də ona "yox" dedim. Səsimizə qonşular gəldi. Bir qədər keçəndən sonra uzanmışdım. Gözümü açanda hər yer qan idi. Polisə zəng edib, evimdə meyit olduğunu söylədim. Amma kim tərəfindən öldürüldüyünü bilmədim. Polislər gəldi. Heç onun meyitinə də əl vurmamışdım".
 
Prokurorun suallarını cavablandıran R.Məmmədov Fərhad Mehdiyevi  öldürmədiyini qeyd edib.
 
Hakim bildirib ki, R.Məmmədov istintaqa verdiyi ifadəsində hadisəni törətdiyini deyib.
 
R.Məmmədov isə söyləyib ki, həmin zaman yaddaşı yerində olmayıb: "Mən onu yumruqla da vurmamışam. Fərhad məndən pul istəyəndə onu əlimlə itələmişəm. Fərhadı bıçaqla vurmağım yadımda da deyil. Axı onu mən öldürməmişəm. Yenə deyirəm yuxudan ayılanda hər yerdə qan var idi".
 
 
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, qətl hadisəsi ötən il iyun ayının 24-də baş verib. Suraxanı qəsəbəsində yaşayan R.Məmmədov evində münaqişə zəminində tanışı Fərhad Mehdiyevi bıçaqla qətlə yetirib.
 
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.
 
R.Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.




Xəbəri paylaş

6748 dəfə oxunub.

Digər xəbərlər
23-07-2015, 11:59 Elan

bütün xəbərlər
____ Instagram ___