Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avtomobil qəzasında dünyasını dəyişən jurnalistin apreldə toyu olacaqdı - FOTO
Tarix: 24-01-2018 | Saat: 15:12
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər


Rusiyanın Həştərxan bölgəsində avtomobil qəzasında dəyişən azərbaycanlı jurnalistin apreldə toyu olacaqmış.

Bu barədə Ülviyyə Şamilqızının həmkarı Valeh Dadaşov yazıb.

“Ülviyyə axı biz sənin toyuna hazırlaşırdıq! Apreldə toyun olacaqdı. Həyata, gələcəyə böyük ümidlə, sonsuz arzularla baxırdın. Çox sevinirdin. “İstədiyim bu idi” – deyirdin. “Bu qədər gözlədim və bu gözləməyə dəyərdi” – deyirdin. “Axır ki, ürəyimcə olan biri qabağıma çıxdı” – deyirdin. Amansız fələyin “çarxı” sənin üstündən keçdi. O təkcə səni yox, bütün arzularını, xəyallarını əzdi. Xıncım-xıncım doğradı səni, bir saniyədə qırıb tökdü, xıncım-xıncım qazandığın uğurları. Məhv elədi həyatını, gələcəyini. Sürüdü o “çarx” səni, sürüyə-sürüyə apardı səni, sürüyə-sürəyə aldı səni bizdən. Çünki, bilirdi ki, xoşluqnan apara bilməyəcək. Çünki, bilirdi ki, səni arzularından, xəyallarından, sevdiklərindən qoparmaq asan deyil. Hər sınaqdan üzü ağ çıxmışdın. Özünə güvənin, bacarığın, yüksək insani keyfiyyətlərin, əxlaqın, namusun, qeyrətin düşüdüyün bütün çətinliklərdən üzü ağ çıxmağına, məğrur dayanmağına vəsilə olmuşdu. Nəhayət amansız fələk sənə öz bildiyini etdi. Yalnız, bu “çarx”ın altından üzü al-qırmızı çıxdın. Getdi o qatar. Sanki səni sonuncu dəfə yola salanda bilirdim son görüşümüz olacaq. Bilsəydim gedib gəlməyəcəksən, sonuncu dəfə səni Həştərxana yola salmazdım. Şəhid atanın ən böyük arzusunu yerinə yetirirdin: “Atamın ruhunu şad etməkdən ötrü və atamın bu arzusunu yerinə yetirməkdən ötrü mən ali təhsil almalıyam” – deyirdin. Sən bu yolda canını fəda etdin. Şəhid atanın son arzusunu yerinə yetirmək üçün şəhid oldun. Bəli, məhz Şəhid. Şəhidlər ölməz. Elə səndə mənim və sevdiklərin üçün ölmədin. Sadəcə şəhid oldun. Ruhun şad olsun”.


Xəbəri paylaş

7168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___