İtkin düşən alpinistlərin axtarışında nəticə yoxdur
Tarix: 22-01-2018 | Saat: 21:52
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Gilavar” - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.
Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatında bildirilir ki, axtarış işləri əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən aparılır.
Dünəndən etibarən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təchiz edilmiş) də axtarışlara qoşulub.
Son günlər ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri davam etdirilib, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar aparılıb.
Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.
Axtarış barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, 2017-ci il dekabrın 23-də "Gilavar" hava və ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.
Xəbəri paylaş
6338 dəfə oxunub.
Digər xəbərlər

4-03-2016, 15:30
Sürücülük vəsiqələrinin verilməsi qaydası dəyişdi
30-03-2023, 10:38
DYP-dən hava şəraitinin dəyişməsi ilə əlaqədar sürücülərə MÜRACİƏT
5-10-2017, 14:47
Bakıda uşağa 5 it hücum etdi - Şoka düşüb...
12-02-2018, 22:16
"İlham Əliyev nəinki İrəvanı qaytaracaq, üstəlik evimizə girəcək" - Ermənistan mətbuatı
21-04-2016, 22:57
58 yaşlı kişinin başına oyun açdılar - Video
24-01-2020, 13:35
Polis uşaq oğurluğunda ittiham olunan qadını tapdı - FOTOLAR
26-07-2018, 19:43
Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi
21-06-2017, 22:04
GÖZƏLLİYİN TƏK ÜNVANI - "AY VİP STUDİO" - FOTOLAR
11-06-2017, 11:00
“Azərsu” kütləvi zəhərlənmə ilə bağlı açıqlama yaydı
1-01-2016, 14:03
Azərbaycanda orduya çağırış başladı