Lənkəran sakinlərini qorxu içində saxlayan şəxs tutuldu
Tarix: 21-01-2018 | Saat: 21:11
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Bir neçə gün öncə Liman şəhərinin “Xutor” deyilən yaşayış massivində üç evə basqın edərək dörd nəfərə ağır xəsarət yetirən və nəticədə onlardan birinin ölümünə səbəb olan naməlum şəxs barədə yeni təfərrüat məlum olub.
Xəbəraz.Az-ın Report-a istinadən xəbərinə görə, quldurluq edən şəxs saxlanılıb.
Lənkəran şəhər rayon Polis şöbəsinə daxil olan məlumata görə, yanvar ayının 13 və 14-də Liman şəhərində üç ünvanda basqın hadisəsi baş verib. Hadisələr zamanı şəhər sakinləri - 48 yaşlı Samirə Miriyeva və 69 yaşlı anası Humay Qarayeva, həmçinin 16 yaşlı Heybət Abdullayev, 50 yaşlı Nəcəfqulu Həsənov yaşadıqları evdə döyülərək ciddi bədən xəsarətləri alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılardan Samirə Miriyeva başından aldığı çoxsaylı zərbələr səbəbindən xəstəxanada ölüb.
Zərərçəkmişlərin ilkin ifadələri alınaraq hadisələri törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib. Onun Liman şəhər sakini, M.Ə.Rəsulzadə küçəsi 24 ünvanında yaşayan Zeynalov Fərrux Sabir oğlu olduğu ortaya çıxıb. Barəsində axtarış elan olunub.
Liman sakinlərinin sözlərinə görə, insanları vəhşicəsinə döyərək onlara ölümcül xəsarətlər yetirən Fərrux Zeynalovun psixi durumunda ciddi problemlər olub. Hətta onun özündən böyük qardaşının da psixi problemləri olduğu deyilir.
Hadisələrin hansı səbəbdən baş verdiyi barədə açıqlama verilmir. Lakin barəsində axtarış elan olunan Fərrux Zeynalovun bu gün saxlanıldığı söylənilir.
Xəbəri paylaş
6118 dəfə oxunub.
Digər xəbərlər

13-12-2022, 11:00
Xankəndi yolunda aksiya iştirakçılarının sayı artır: İctimai fəalların axını başladı - YENİLƏNİB
31-08-2022, 12:23
Bağırsaqları təmizləməyin ən sadə yolu: Həm də arıqladır
19-01-2022, 09:01
Qocalmaq istəmirsinizsə, yeməyinizə BUNU ƏLAVƏ EDİN!
22-09-2016, 20:58
Ağsuda ŞOK HADİSƏ: Gəlin toyundan əvvəl sevgilisi ilə qaçdı
13-03-2023, 13:31
Güclü külək olacaq - Bina və reklam lövhələrindən uzaq durun...
26-12-2015, 15:44
"Kənara çəkilsəm də, unudulmuram"
25-10-2015, 12:40
Liviya sahillərində 40 miqrant meyiti tapılıb
15-06-2015, 13:42
Rafael Ağayev: “Ac qalaram, amma onları satmaram”
22-04-2020, 12:11
Burun əməliyyatı etdirərkən bunlara diqqət edin!Plastik cərrah Sənan Mehdiyev AÇIQLADI +FOTOLAR
18-11-2015, 17:42
Azərbaycanlı rəssam rusiyalı diceyə “ərə” getdi – VİDEO