Tanınmış yazıçı Nahid Hacızadə vəfat edib
Tarix: 18-01-2018 | Saat: 12:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

Tanınmış yazıçı-jurnalist, ssenari müəllifi, kino redaktoru Nahid Hacızadə bu gün səhər dünyasını dəyişib. Bu barədə məlumatı onun həmkarları sosial mediada paylaşıblar.
Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Nahid Rəhim oğlu Hacıyev 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Ali məktəbi bitirdikdən sonra ilk iş yeri televiziya olub. Sonralar bir müddət nəşriyyatda çalışsa da, hson vaxtlar Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru vəzifəsində işləyirdi.
Nahid Hacızadə həm də dramaturq idi. Onun bir sıra əsərlər müxtəlif teatrlarda tamaşaya qoyulub.
Nahid Hacızadənin ssenariləri əsasında həm də 30-a yaxın sənədli və bədii televiziya filmi çəkilib. Müəllifin "Son qəmin olsun, Vətən!", "Qayalarda qalan səs" və "Yaşa, ey haqq" filmləri Qızıl Fonda daxil edilib.
Uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Redaktorluqdan şirkətin sədr müavini vəzifəsinə qədər yüksəlib.
Yazıçının müxtəlif illərdə yazdığı hekayə və povestləri təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də çap olunub.
Allah rəhmət eləsin
7088 dəfə oxunub.
Digər xəbərlər

27-03-2016, 13:40
Sürücülərin nəzərinə! Bütün sürücülük vəsiqələri dəyişdirilə bilər
18-06-2017, 18:16
Biznesmenə 1,5 milyon avroluq “Atalar günü” hədiyyəsi
11-08-2018, 11:23
“Aİ-95” və “Aİ-98” neçəyə başa gəlir?
3-01-2019, 10:55
4 günlük istirahət bitdi
20-04-2017, 10:29
Instagram-dan möhtəşəm yenilik
14-09-2020, 18:07
Gömrük rüsumu artdı, İrəvanda aksiya başladı
25-03-2017, 13:57
ABŞ Güləni Türkiyəyə vermək istəmir
16-05-2016, 11:34
Ramil Usubov yeni rəis təyin etdi
19-05-2015, 14:53
"Qalatasaray"ın futbolçusu azarkeşə avtomobil hədiyyə edəcək
16-06-2017, 12:49
Püskürən vulkanın ətrafındakı evlər siyahıya alınır - RƏSMİ