Rusiyada çempionu öldürən azərbaycanlının atası faciəvi şəkildə öldü
Tarix: 17-01-2018 | Saat: 12:29
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində təqsirli bilinən azərbaycanlı Anar Allahverənovun atası yol qəzası nəticəsində ölüb.
APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Allahverənovlar ailəsinin vəkili Konstantin Lısenko bildirib.
Məlumata görə, Anar Allahverənovun atası yolu keçərkən yüksək sürətlə hərəkətdə olan avtomobil onu vurub. Güclü zərbədən 59 yaşlı piyadanın bədəni parçalanıb. Sürücü hadisə yerindən qaçmayıb. Bəzi yerli KİV-lər hadisənin qəsdən törədildiyini iddia edir.
“Müdafiə etdiyim şəxsin atası yol-nəqliyyat hadisəsi nəticəsində ölüb. O, mənim ofisimə yox, yaxınlıqda yerləşən öz iş yerinə gedirmiş. Bu gün dəfn olunacaq. Anar dəfndə iştirak etməyəcək, buna qanun icazə vermir”, - deyə vəkil Lısenko bildirib.
Vəkil Anar Allahverənovun atasının ünvanına 2017-ci il ərzində çoxlu sayda hədələrin gəldiyini bildirib.
Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, ötən il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb.
Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.
Anar Allahverənovun maraqlarını məhkəmədə 3 vəkil təmsil edir.Onun işi üzrə proses yanvarın 23-də davam etdiriləcək.
Xəbəri paylaş
8168 dəfə oxunub.
Digər xəbərlər

2-01-2017, 21:46
Qorxunc diaqnoz qoyulmuş sevgilisinə evlilik təklif etdi - VİDEO
18-02-2017, 22:52
İçində Ərdoğanın olduğu avtobus prezidentin mühafizəçisini vurub – VİDEO
30-05-2017, 11:48
Belə ailə başçısını işdən çıxaranlar üçün cərimələr artırılır
3-06-2016, 14:44
Bakının "qara siyahı"sına düşüb peşman olan məşhurlar - Foto
18-04-2022, 10:39
Padşahlar otunun çoxsaylı faydaları
18-09-2017, 12:42
Başqaları qələt edir" - Nigardan cəsarətli paylaşım
27-05-2018, 10:51
Bu ölkə youtube qadağa qoydu-"Məhəmməd peyğəmbəri təhqir etdiyi üçün..."
25-05-2015, 16:42
Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində yanğın törədiblər.