Azərbaycanın xalq artisti ilə vida mərasimi keçirilib
Tarix: 13-01-2018 | Saat: 13:28
Bölmə:Karusel / Gündəm | çapa göndər
Kaliforniyanın San Xose şəhərində yanvarın 12-də Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə tanınmış azərbaycanlı pianoçu, Azərbaycanın xalq artisti mərhum Çingiz Sadıxovla vida mərasimi keçirilib.
Konsulluqdan bildirilib ki, tədbirdə mərhumun ailə üzvləri və dostları, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Mərasimdə çıxış edən Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Həmid Azəri Çingiz Sadıxovun həyatı və yaradıcılığı haqqında danışaraq, onun Azərbaycan musiqi sənətinin inkişafına əvəzsiz töhfələr verdiyini və vəfatının Azərbaycan musiqisi üçün ağır itki olduğunu vurğulayıb. H.Azəri həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Ç.Sadıxovun nəşinin yaxın günlərdə Azərbaycana aparılaraq dəfn ediləcəyini bildirərək, Azərbaycan Prezidentinin bu humanist addımının yüksək qiymətləndirildiyini bildirib.
Sonra çıxış edən mərhumun ailə üzvləri və digər icma nümayəndələri Çingiz Sadıxovun ömrünün son illərini ABŞ-da yaşamasına baxmayaraq, daim Vətəninə bağlı bir insan olduğunu, Azərbaycan musiqisinin Amerikada tanınması üçün əlindən gələni əsirgəmədiyini qeyd edib, mərhum haqqında xatirələrini paylaşıblar.
Xəbəri paylaş
7988 dəfə oxunub.
Digər xəbərlər

17-06-2022, 11:16
Pike ilə bağlı ŞOK İDDİA: "Ən çox ombamla maraqlanırdı, həqiqi olub-olmadığını soruşurdu" - FOTO
18-09-2016, 21:32
Zərdabdakı qəzada sürücü öldü - Qadın və uşaq komada
20-08-2016, 23:01
Bakı metrosunda niyə hava çatışmır? - Rəsmi açıqlama
24-04-2017, 15:31
Bəstəkar, musiqişünas alim Ramiz Zöhrabov dəfn olunub
3-04-2018, 11:47
AZAL Lənkərandan Moskvaya birbaşa reys açır
26-10-2015, 16:32
Salyanda kənd mollası itkin düşüb
1-02-2016, 13:03
Xarici valyuta məzənnələri – RƏSMİ
18-09-2015, 21:33
Səfər Əbiyev istintaqa cəlb oluna bilər
23-03-2019, 09:05
Günün qoroskopu: Yaşam arealında qayda yaradın
29-04-2017, 15:21
Dünyanın ən təhlükəsiz smartfonu təqdim edildi