İbad Hüseynovun Milli Qəhrəman kimi təqdim edilməsi mexaniki səhv olub
Tarix: 12-01-2018 | Saat: 20:04
Bölmə:Karusel / Gündəm | çapa göndər
İbad Hüseynovun Milli Qəhrəman kimi təqdim edilməsi mexaniki səhv olub və dərhal düzəldilib.
Xəbəraz.Az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva deyib.
Onun sözlərinə görə, İbad Hüseynov universitetin tələbəsi olub: “Qarabağ döyüşlərində xidmətlərini nəzərə alaraq AzMİU-nun rektoru Gülçöhrə Məmmədova onu 2012-ci ildə təhsil aldığı fakültənin döş nişanı ilə təltif edib. Sənəddə onun Milli Qəhrəman kimi təqdim olunması mexaniki səhv olduğu üçün dərhal düzəldilib və İbad Hüseynova təqdim olunub”.
Nəcibə Mirzəyevanın sözlərinə görə, 5 ildən sonra bu məsələnin gündəmə gətirilməsi göstərir ki, bunda maraqlı tərəflər var:
“İbad Hüseynovu Milli Qəhrəman kimi cəmiyyətə tanıtmaq istəyən qüvvələr və ya AzMİU rektorunun işgüzar imicinə xələl gətirmək istəyən insanlar bu məsələdən yararlanmağa çalışırlar”.
Qeyd edək ki, mediada Gülçöhrə Məmmədovanın Qarabağ müharibəsinin iştirakçısı olmuş İbad Hüseynovu “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsinin fəxri döş nişanı ilə təltif etdiyi və vəsiqədə onun Milli Qəhrəman kimi təqdim olunduğu ilə bağlı xəbərlər yayılıb.
Məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Xəbəri paylaş
2 2148 dəfə oxunub.
Digər xəbərlər

29-06-2016, 05:52
İstanbulda ölənlər arasında əcnəbilər var
20-12-2017, 21:02
“Faytonçu” Nazim kürdəmirlilərdən üzr istədi – VİDEO
26-03-2016, 20:20
Bərdədə avtomobil piyadanı vurub öldürdü, özü isə aradan çıxdı
21-02-2023, 10:50
10 yaşlı uşaq atasını bıçaqladı - Onunla oynamadığı üçün
27-12-2016, 12:37
Sabah yağış yağacaq - Proqnoz
21-07-2015, 10:33
Terrorçular marşrut sürücülərini girov götürdü - İstanbulda
18-04-2015, 13:45
"Azərbaycan Dəmir Yolları" QSC-nin iki işçisi tutuldu
9-04-2017, 11:33
Oksana Rəsulova Elşad Xose ilə öpüşməsindən danışdı - AÇIQLAMA
23-01-2021, 10:42
Türkiyə ekstremal hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi