Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əfqan Muxtarlıya hökm oxundu-6 il
Tarix: 12-01-2018 | Saat: 16:09
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə davam edib. Balakən rayon Məhkəməsində sədr Hümmət Səlimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxışında Əfqan Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil müdafiə çıxışı edib və müvəkkilinə bəraət tələb edib.

Əfqan Muxtarlı son söz deyib. Hakimlər müşavirəyə gedib.

Hakimlər kollegiyasının hökmünə əsasən, Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.



Qeyd edək ki, Ə.Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Ona Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.


Xəbəri paylaş

5428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___