Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Son zamanlar özümü çox pis hiss edirəm" - xərçəngdən əziyyət çəkən Zümrüd
Tarix: 12-01-2018 | Saat: 11:41
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


“Milli Onkologiya Mərkəzinə getdim. Çox narahat idim. Son zamanlar özsümü çox pis hiss edirdim: halsızlıq, depressiya, başdönmələri... Qorxurdum...”.
Bu sözləri aktrisa Zümrüd Qasımova sosial şəbəkədə yazıb.
Xərçəngdən əziyyət çəkən aktrisa bildirib ki, son günlər səhhəti yenidən pisləşib:
“Həkimimin yanına getdim. Onun gülərüzlüyünü görən kimi halım düzəldi. Analizlərin cavabına baxdı və dedi ki, xırda problemlər var, onkologiya ilə bağlı deyil. 

Söylədi ki, “Gözlərindəki həmişəki parıltı yoxdur, onu mütləq düzəlt. Sən bilirsən necə xoşbəxt insansan? Çünki sağalmısan, kəfəni yırtmısan. Yaşa, kef elə. Boş ver hər şeyi. Gül”. 

Gözlərimin yenidən parıldaması üçün iki ay vaxt verdi. Otaqdan çıxdım... Qapının yanında çarəsiz insanları görəndə anladım ki, xoşbəxtəm, Allah məni sevir”.


Xəbəri paylaş

1 1538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___