Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Musiqi məktəblərinin müəllimləri maaşlarını tam alacaqlar - Açıqlama
Tarix: 11-01-2018 | Saat: 19:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

Musiqi məktəblərinin müəllimləri maaşlarını tam alacaqlar
Musiqi məktəblərinin müəllimləri maaşlarının gecikən hissəsini tam şəkildə alacaqlar.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
Qeyd olunub ki, Azərbaycanmədəniyyətinin inkişafında, incəsənətin müxtəlif sahələri üzrə mütəxəssislərin yetişdirilməsində baza təhsili proqramlarının həyata keçirildiyi uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. İstedadlı uşaqların üzə çıxarılması və onlarla aparılan səmərəli peşə yönümlü işin nəticəsində həmin məktəblərin məzunlarının çox hissəsi müvafiq orta ixtisas və ali təhsil müəssisələrində təhsillərini davam etdirir, peşəkar musiqiçi, rəssam, rəqqas kimi formalaşırlar.
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris prosesinin optimallaşdırılması, dövlət büdcəsinin səmərəli istifadəsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Bu tədbirlərə baxmayaraq dekabr ayında vəsait çatışmazlığından Bakı şəhərində yerləşən musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin əməkhaqlarının bir hissəsinin ödənilməsində problem yaranmışdı.
Nazirlik bununla əlaqədar bildirir ki, fevralın ilk günlərində müəllimlər yanvar ayının maaşı ilə birlikdə dekabr ayından yaranan fərqi tam şəkildə alacaqlar.


Xəbəri paylaş

5928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___