Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Əlini məcbur etdim ki, arıqlasın" - Samirə
Tarix: 10-01-2018 | Saat: 11:17
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər

"Əlini məcbur etdim ki, arıqlasın" - Samirə

Son günlər aşıq Əlinin arıqlayaraq çəki atması şayiələrə yol açıb. Bu şayiələrin içində Əlinin əməliyyatla çəki atmasına da rast gəlinir.
Aşıq Əlinin duet ortağı, əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva milli.Az-a bu haqda açıqlama verib.
"Hər dəfə ona deyirdik ki, Əli, arıqla, amma Əli bizə heç qulaq asmırdı. İstər mən, istər dostları, istərsə də ailəsi tərəfdən ona sərt təpki var idi. Əlinin yaxın ətrafı öz üzərinə bir sözlə öhdəçilik götürmüşdü ki, ona mənəvi dəstək olsun. Mən də öz üzərimə düşən öhdəçiliyi yerinə yetirirdim. Belə ki, mənimlə toylarda birgə olanda onun yeməyinə nəzarət edirdim, ondan dəstəyimi əsirgəmirdim. Çünki özüm çəki atma prossesini yaşamışam, ən azı praktikam var. Bu nəinki vizual görünüş, Əlinin sağlamlığı üçün də yaxşıdır. Axır ki, köhnə şəkillərini ona göstərə-göstərə onu arıqlatdıq (gülür). Ona artıq çəki olmazdı.
Ailəsi də narahat idi, birləşib üstünə düşdük. Cavandır, hələ 29 yaşı var. Ona görə də tez arıqladı. Mən öz köhnə fotolarımı Əliyə göstərə-göstərə onu məcbur etdim ki, arıqlasın. Günbəgün necə arıqladığını gördü. Əlini yalnız belə həvəsə gətirmək olardı. Özümü dəyişdiyim kimi Əlini də nəhayət ki, dəyişdim (gülür). Bəzən mənə də sosial şəbəkələrdə sual ünvanlayırlar ki, əməliyyat etdirmisən? Həqiqətən də əvvəl necə idik, indi necəyik. Bu da bizim dəmir iradəmizdən asılı oldu", - deyə aşıq bildirib.





Xəbəri paylaş

1 4798 dəfə oxunub.

Digər xəbərlər
23-08-2015, 01:13 Rəqsanənin evi - FOTO

bütün xəbərlər
____ Instagram ___