Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
19 yaşında yaratdığı oyun onu milyonçu edib
Tarix: 09-01-2018 | Saat: 09:12
Bölmə:Karusel / Maraqlı | çapa göndər


Brian Wong 1991-ci ildə Kanadada anadan olub. 14 yaşında məktəbi 18 yaşında isə universiteti bitirib. Məzun olduqdan sonra bir müddət Digg platformasında işləyib. 2010-cu ildə yaratığı Kiip adlı mobil tətbiq onun 20 yaşına çatmadan milyonçu olmasına səbəb olub. Kiip tətbiqinə investorlar ümumilikdə 32 milyon dollar sərmayə yatırıblar. Brian Wongun tətbiqi yaratmaq tarixçəsi də maraqlıdır:
Wong bir təyyarə səfərində sərnişinlərin öz iPadləri ilə vaxt keçirdiklərini müşahidə etmişdi. Bir çox sərnişinin oyun oynadığını görən Wongun ağlına oyunların içinə real həyatdan səhnələr əlavə etmək fikri gəldi. Oyunda yüksək bal yığanlar üçün əldə etmək istədiyi markaları önə çıxararaq mükafat sistemini inkişaf etdirdi və Kiip'i meydana gətirdi.
Kiip başlanğıcda yalnız mobil oyunlar olaraq inkişaf etdirildi ancaq daha sonra idman, musiqi və yemək daxil olmaqla digər kateqoriyalarda da fəaliyyət göstərməyə başladı. Gatorade kimi markaları pulsuz içki təklifi üçün oyuna daxil etdi. Kiip ümumiyyətlə qazancını oyunda yerləşdirilən reklamlardan qazanır. Kiip keçən il gündəlik 4 ilə 10 milyon arasında aktiv istifadəçiyə çatmağa nail olub. Şirkətin illik gəliri 10-20 milyon dollar arasındadır.


Xəbəri paylaş

7008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___