Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda kişi 1 il qastritdən müalicə aldı, sonda infarkt oldu - Həkimlər mədə ilə ürək ağrısını səhv salır
Tarix: 08-01-2018 | Saat: 12:24
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər



"Yaxınım belə öldü... Mədəsi yanırdı, "izjoqa”, nəticədə infarkt. Həkimlər tapa bilmirdi"

Həkim-kardioloq Zaur İslamov biri baş vermiş hadisəni yazaraq, hamını bu kimi hallardan xəbərdar olmağa çağırıb. Kardioloqun sözlərinə görə, 31 yaşlı gənc kişi kəskin ağrılarla həkimə müraciət edib. O, 1 il qastroenteroloq yanında qastritdən (mədəsində həqiqətən xora olub – red.) müalicə alıb, lakin mədə hissəsində ağrı və yanğı hissindən qurtula bilməyib. Hər şey isə infarktla nəticələnib: koronaroqrafiya göstərib ki, ürəyə gedən 3 əsas damar tutulubmuş. Kişini xilas etmək mümkün olub.

"Amma əgər kimsə uzun müddət mədə xorası, ağrısından müalicə alırsa və bu ağrı getmirsə, xüsusən kişilər kardioloqdan müayinədən keçməlidir. Çünki məhz kişilərdə infarkt riski yüksəkdir, üstəlik epiqastral nahiyədə yanğı, ağrı, kəskin narahatlıq həkimləri və pasiyenti çaşdıra bilər”, - deyə Z. İslamov əlavə edib.

Müzakirəyə qoşulan həm həkimlər, həm pasiyentlər bu kimi ağrılarda daha diqqətli olub, xəstəni hansı həkimə müraciət etməsindən asılı olmayaraq EKQ müayinəsinə göndərməyin vacibliyini bildiriblər. Mütəxəssislər bildirib ki, mədə hissəsi ağrıyan, mədəsi yanan xəstə terapevtlə bərabər ürək üzrə mütəxəssisə də müraciət edib, özünü ən azından sığortalamalıdır. 


Mövzu ilə bağlı çoxsaylı pasiyentlər öz və yaxınlarının timsalında mədə və ürək ağrılarının səhv salınması ilə bağlı konkret faktlar yazıblar:

•Mənim anamda da eyni problemdir. Neçə ildir mədəsi ağrıyır, müxtəlif həkimlər müalicə edir, xeyri yoxdur. İndi düşündüm ki, bəlkə ürəyidir. Ürəyindən heç vaxt şikayət etməyib. Heç həkimlər də deməyib. İndi ona angioqrafiya etdirməyi düşünürəm

•Mənim atam üçün təcili yardım gəldi, əvvəl mədədən başladılar. Mən isə infarktdan şübhələnmişdim. Həkimlər uzun mübahisədən sonra kardioqramma etdilər, axırda "ağıllı sifət” alıb dedilər ki, ürəyidir, amma bu halda çətin onu xəstəxanaya çatdıra bilək. Və atamı itirdik.

•Yaxınım belə öldü... Mədəsi yanırdı, "izjoqa”, nəticədə infarkt. Həkimlər tapa bilmirdi.

•Anamı kardioloqa apardıq, ağrıyırdı. Diqqətlə baxsa da, heç nə tapmadı, dedi ki, mədəsidir. 3 gün sonra anam vəfat etdi. Səbəb – ürəyi. 

•2014-cü ildə 3 həftə mədə ağrısından əziyyət çəkəndən sonra həkim sadəcə sual verdi: ürəyinizdə problem var. Yox dedim. 3 gün sonra infarkt və 3 damarın şuntlanması... Ona görə kişilər bir az çox vaxt və pul xərcləsələr də, ürək həkimindən keçsinlər. 

•Mənim qardaşımı da pankreatitdən guya müalicə edirdilər. Sonra infarkt oldu. Üçüncü dəfədə isə dözmədi. 

•Həkimi inandırmaq olur ki? Əgər özlüyündə bir xəstəlik tapdısa, məcburi müalicə edir və adamı inandırır. Biri məni il yarım astmadan müalicə edirdi, axırda qalxanabənzər vəzi çıxdı. Mən ona başa sala bilmirdim ki, boğulma sinədə deyil, boğazdadır. Güclə qaçdım ondan. Amma gecikmişdim, vəzi artıq sıradan çıxmışdı. Lazımsiz dərmanlar da qəbul etdim. 
(medicina.az)


Xəbəri paylaş

8558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___