Həbsdən azad edilən şəxslərə nə qədər müavinət verilir?
Tarix: 04-01-2018 | Saat: 15:42
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2017-ci ildə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 5214 nəfər şəxsə birdəfəlik müavinət ödənilib.
Nazirlikdən bildirilib ki, müvafiq qanunvericiliyə uyğun olaraq, bu təbəqədən olan şəxslərə minimum əmək haqqının 4 misli qədər birdəfəlik müavinət verilir. Prezidentin 25 dekabr 2017-ci il tarixli sərəncamına əsasən, ölkəmizdə minimum aylıq əməkhaqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilməsi ilə əlaqədar həmin birdəfəlik müavinətin məbləği də 12,06 faiz artırılaraq 520 manata çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyinin birgə Tədbirlər Planına uyğun olaraq, penitensiar müəssisələrdə peşə hazırlığının təşkili işləri 2017-ci ildə də davam etdirilib. Ötən il ölkədə 10-dan çox penitensiar müəssisənin peşə tədrisi bazalarında əmək bazarının tələblərinə uyğun peşələr üzrə ümumilikdə 14 peşə hazırlığı kursu təşkil olunub. Həmin kurslara qeyd olunan müəssisələrdə cəza çəkmə müddəti başa çatmaqda olan 200 nəfər şəxs cəlb olunub. Peşə hazırlığı kurslarında müvafiq şəxslərə öz seçimlərinə uyğun olaraq avtomobillərin təmiri üzrə çilingər, elektrik-qaz qaynaqçısı, komputer texnikasının təmiri, inşaat rəngsazı, dülgər-xarat və s. peşələr üzrə bilik və bacarıqlar öyrədilib. Kursları bitirdikdən sonra həmin şəxslərə peşə şəhadətnamələri verilib.
Ümumilikdə qeyd olunan Tədbirlər Planının icrası işlərinin davamı olaraq, təkcə son beş ildə, yəni 2013-2017-ci illər ərzində penitensiar müəssisələrdə məhkumluq müddəti bitməkdə olanlardan 780 nəfər şəxs peşə hazırlığına cəlb olunub.
Bu kursların təşkilində məqsəd penitensiar müəssisələrdən buraxıldıqdan sonra həmin şəxslərin yeni yiyələndikləri peşələr hesabına əmək bazarına çıxış və məşğulluq imkanlarına imkanlarına şərait yardılmasıdır. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən digər vətəndaşlarla bərabər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin də kvota üzrə ayrılmış iş yerlərində məşğulluğu təmin olunur.(modern.az)
Xəbəri paylaş
7958 dəfə oxunub.
Digər xəbərlər

17-02-2016, 17:54
Elmi işçilər üçün yeni güzəştlər ediləcək
4-01-2018, 10:51
London derbisində 4 qol vuruldu - VİDEO
22-11-2018, 11:03
Bakıda avtobusda seksual manyakdan biabırçı hərəkət
26-02-2018, 13:47
Milli Qəhrəmanlarımızın şəhid olduğu gündür - 26 fevral
23-03-2018, 21:56
"Ərinə yaraşmırsan" deyənləri cavabı ilə susdurdu - foto
17-03-2016, 09:46
Kredit borcunu qaytarmayanların həbsi banklara nə verəcək?
22-06-2022, 11:37
Azərbaycanda YENİ QƏRAR - Ət ucuzlaşacaq
4-04-2015, 14:08
Göygöldə ağır qəza: Ölən və yaralananlar var
22-12-2016, 21:31
Tarif Şurasından böyük güzəşt - Limit artırıldı
21-09-2015, 01:51
Bəy öz toyuna gəlmədi - Foto