Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
2018-ci ildə Gəncədə doğulan ilk körpə oğlan olub
Tarix: 01-01-2018 | Saat: 13:43
Bölmə:Karusel / Maraqlı | çapa göndər


2018-ci ilin birinci günündə Gəncədə doğulan ilk körpə oğlan olub.
Gəncə Regional Perinatal Mərkəzin mama-ginekoloqu Mənzər Məmmədova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Yeni il axşamı həkimlər tərəfindən ikisi oğlan, üçü qız olmaqla ümumilikdə beş doğuş qəbul edilib.
Şəmkir rayonunun Bayramlı kənd sakini 1992-ci il təvəllüdlü Gülnaz Əmiraslanova yanvarın 1-də saat 00:30 radələrində ailənin ikinci övladı olan oğlan uşağını dünyaya gətirib. Çəkisi 3 kiloqram, boyu 50 santimetr olan körpə tam sağlamdır.
Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü Sevinc Hüseynova isə yanvarın 1-də saat 08:15 radələrində ailənin ilk övlad payı olan qız uşağını dünyaya gətirib. Çəkisi 3,2 kiloqram, boyu 50 santimetr olan körpə tam sağlamdır.
İşlərinin məsuliyyətli, lakin şərəfli olduğunu deyən Mənzər Məmmədova bildirib ki, yenicə istifadəyə verilən və ən müasir tibbi avadanlıqla təchiz edilən Gəncə Regional Perinatal Mərkəzdə doğuş keçirən bütün anaların və dünyaya gələn körpələrin vəziyyəti normaldır.


Xəbəri paylaş

8078 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___