Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda bayram axşamı sərxoş sürücü 7 gənci vurdu: biri öldü, ikisinin vəziyyəti ağırdır
Tarix: 01-01-2018 | Saat: 13:30
Bölmə:Karusel / Hadisə | çapa göndər

 

Dekabrın 31-də  axşam saatlarında İmişli şəhərində baş verən dəhşətli qəzanın təfərrüatları məlum olub.
  
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli sakini, 1969-cu il təvəllüdlü Mehdiyev Seymur Murtuzəli oğlu "AZ 2107" markalı "30 VD 026" dövlət nömrə nişanlı avtomobili idarə edərkən H.Əliyev prospektində dəhşətli yol-nəqliyyat hadisəsi törədib.
  
S. Mehdiyev idarəetməni itirərək avtomobili  yolun kənarı ilə hərəkət edən 7 gəncin üstünə sürüb.  Nəticədə İmişli sakini, 2000-ci il təvəllüdlü Həsənli Həsrət Səfər oğlu hadisə yerində ölüb, digər 6 nəfər –İmişli sakinləri, 2000-ci il təvəllüdlü Cavadov Sabir Etiram oğlu, 1997-ci il Cavadov Ruslan Ehiram oğlu, 2001-ci il təvəllüdlü Ruslanzadə Səbuhi Namiq oğlu, qardaşlar - 990-cı il təvəllüdlü Həsənli Sahil Səfər oğlu, 1993-cü il təvəllüdlü Həsənli Şəhriyar Səfər oğlu, 1996-cı il təvəllüdlü Həsənli Şahin Səfər oğlu İmişi Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəsarət alan gənclərdən ikisinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə yola salınıb.
 
Sərxoş olduğu müəyyən edilən sürücü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
 


Xəbəri paylaş

9908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___