Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hansı dilənçilərə pul verə bilərik?
Tarix: 28-12-2017 | Saat: 10:09
Bölmə:Karusel / M2 / İbadət | çapa göndər



Dinimiz buyurur ki, dilənmək insan şəxiyyətini alçaldan əməldir, ona görə də ondan çəkinin. O kəs ki, dilənir, cəmiyyətin başqa üzvlərinin sayəsində dolanışığını qurmağa çalışır ki, bu da bəyənilən əməl deyildir. Lakin buna baxmayaraq, İslam dini rəhmət dini olduğu üçün müsəlmanlara göstəriş verir ki, dilənçilərə sədəqə verib onlara yardım etsinlər. Bəs hansı dilənçiyə yardım edə bilərik?
 
Heç bir dilənçinin dediyi bəhanələr bizim üçün hüccət ola bilməz. Bizim ona yardımımız sadəcə Allah rizası üçün olmalıdır. Onun dediklərinin düzlüyü barəsində araşdırma aparmağa ehtiyac yoxdur.
 
İmam Baqir (ə) buyurur: “Dilənçiyə bir şey verin, hətta əgər ata minmiş olsa belə”. Burada at bir metafordur. İmam (ə) buyurur ki, dilənçi zahirdə imkanlı görünsə də, dilənçilik etdiyi üçün ona bir şey verin, yardım edin. Çünki yardım üçün əlini sizə tərəf uzatmışdır. (Tebyan)
 
Həzrət Peyğəmbər (s) buyurur: “Dilənçini istəyindən ümidsiz etməyin”.
 
İmam Əli (ə) Kumeylə buyurur: “Ey Kumeyl! İstəyəni geri qaytarma, hətta əgər xurmanın yarısı və ya üzümün yarısı qədər olsa belə”.
 
Quranda buyurulur ki, əgər dilənçiyə yardım etməyə gücün çatmırsa, ən azı ona xoş söz deyərək yola sal: “Əgər (əlin boş olduğuna görə və) Rəbbin tərəfindən axtardığın rəhmət (sənə gəlməsi və sənin də onlara verərək ehtiyaclarını aradan qaldırmaq) ümidi ilə onlardan üz çevirməli olsan da, onlara yumşaq bir söz de”. (“İsra” 28).
 
Ona görə də nə zaman dilənçi ilə rastlaşsaq, onun dedikləri bəhanələrə görə deyil, məhz Allahı razı salmaq üçün ona yardım edək. Əgər gücümüz çatmırsa ona xoş söz deyib, yola salaq. Fərqi yoxdur ki, həmin dilənçi qadındır, yoxsa uşaqdır, şikəstdir, yoxsa sağlamdır...
(deyerler.org)


Xəbəri paylaş

6818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___