Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Samir Şərifov : Manatın məzənnəsi sabitləşib
Tarix: 28-12-2017 | Saat: 09:39
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər



Milli valyutamız manatın məzənnəsi sabitləşib.
 
Bu barədə ölkənin maliyyə naziri Samir Şərifov AZTV-yə açıqlamasında deyib.
 
“İlin əvvəlinə baxsaq, görərik ki, hətta manatın məzənnəsi bir qədər möhkəmlənib. İlin əvvəli ilə müqayisədə təxminən 3,4%-dırsa, fevral ayı ilə müqayisədə 10% möhkəmlənmə baş verib”, deyə nazir qeyd edib.
 
S.Şərifov onu da deyib ki, manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiqlər mövcuddur: “Bu da bir daha manata olan inamın tədricən bərpa olunmasının göstəricisidir”.
 
Onun sözlərinə görə, cari il Azərbaycan iqtisadiyyatı üçün uğurlu bir il olub: “Cari ildə biz 2015-2016-ci illərdəki ölkə iqtisadiyyatının xarici şoklara məruz qaldığı problemlərinin həlli ilə məşğul olmuşuq, ölkənin makroiqtisadi vəziyyətinin sabitləşdirilməsinə daha çox səylər göstərilib”.
 
Samir Şərifovun sözlərinə görə, 11 ayın yekunları göstərir ki, iqtisadiyyatda sabitləşmə baş verib və ölkənin iqtisadi vəziyyəti əvvəlki illə müqayisədə daha sabitdir: “Azərbaycan hökumətinin gördüyü tədbirləri beynəlxalq maliyyə fondları tərəfindən də çox yüksək qiymətləndirilir”




Xəbəri paylaş

5958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___