Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hərbçinin ailəsində üçəm doğuldu – FOTO
Tarix: 27-12-2017 | Saat: 21:27
Bölmə:Karusel / Gündəm | çapa göndər



Müdafiə Nazirliyinin bir qrup əməkdaşı Qusarda doğulan üçəmlərin atası, hərbi qulluqçu Əmrulla Əmrəliyevin ailəsi ilə görüşüb.
Xəbəraz.Az APA-ya istinadən xəbər verir ki, görüşdə iştirak edən Abdulla Qurbani ön cəbhədə xidmət edən üçəmlərin atası Ə. Əmrəliyevin nümunəvi hərbçi olduğunu bildirib.
A. Qurbani gizir Ə. Əmrəliyevə ailə vəziyyəti ilə əlaqədar xidmətini doğma rayonuna yaxın hərbi hissələrin birində davam etdirmək təklif olunduğunu, amma onun hərbi xidmətini ön cəbhədə davam etdirmək istədiyini vurğulayıb. O bildirib ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən hərbi qulluqçunun xidmət etdiyi bölgədə ailə-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xüsusi tapşırıq verilib. Ailəyə ev üçün zəruri olan məişət əşyaları və ləvazimatlar hədiyyə edilib.
Görüşdə bildirilib ki, üçəmlər dekabrın 24-də prezident İlham Əliyevin doğum günündə dünyaya gəldiyindən oğlan uşağına ölkə başçısının şərəfinə İlham adı qoyulub. Qız uşaqları isə Fatimə və Zəhra adlandırılıb.
Gizir Ə. Əmrəliyev üçəm körpələrinin doğulmasını böyük sevinclə qarşıladığını, ailəsinin yanında olduğu üçün şərait yaradılmasına görə təşəkkürünü bildirib.
Qeyd edək ki, dekabrın 24-də Qusar rayon sakini Şəhla Əmirəliyevanın üçəm körpələri dünyaya gəlib. Körpələrdən ikisi qız, biri oğlandır. Vaxtından əvvəl doğulan uşaqlara müvafiq tibbi yardım göstərilməsi üçün Quba Regional Perinatal Mərkəzin səyyar qrupu gecə saatlarında Qusar Rayon Mərkəzi Xəstəxanasına ezam olunub. Yeni doğulan körpələr bir sutka küvezdə saxlanılıb. Hazırda gənc ananın və uşaqların vəziyyəti kafidir. Bu, Ş. Əmirəliyevanın ilk hamiləliyi olub.



Xəbəri paylaş

7148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___