Polis bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
Tarix: 27-12-2017 | Saat: 11:53
Bölmə:Karusel / Gündəm | çapa göndər
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar 2017-ci il dekabrın 31-dən 2018-ci il yanvarın 4-dək respublika daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi və etibarlı qorunmasının təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri öz xidməti fəaliyyətlərini gücləndirilmiş iş rejimində həyata keçirəcək.
Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların gur toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Respublika ərazisində, o cümlədən avtomobil yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bütün qüvvə və imkanlar səfərbər ediləcək.
Bayram ərəfəsi və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi də ciddi nəzarətdə saxlanacaq.
Xəbəri paylaş
6548 dəfə oxunub.
Digər xəbərlər

24-06-2015, 15:17
SOCAR “Petkim”dəki hissəni yenidən satışa çıxarır
15-01-2023, 12:52
Bakıda qadın həkimin film kimi fırıldaq əməli - ŞOK dələduzluq
4-05-2016, 19:04
İran səfirinin İrəvanda gizli görüşü
8-01-2017, 19:42
Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov : "Qənirə xanım Alpaqutun inkişafında böyük rol oynayacaq"
26-06-2016, 13:07
Diyarbəkirdə əməliyyat: İki əsgər şəhid oldu
13-05-2021, 14:23
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 5 nəfər saxlanıldı
25-04-2017, 13:17
Atəşkəsi pozan erməni əsgər öldürülüb
5-12-2016, 15:03
"Azəriqaz"ın sahə rəisi rüşvətə görə işdən qovulub? - AÇIQLAMA
19-03-2021, 08:38
Ermənistanda nazir jurnalisti döydü
22-02-2017, 23:23
Radikulit, əzələ və oynaq ağrılarını azaldan TƏBİİ VASİTƏ