Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Pakistanın ilk qadın hökumət başçısı - Sui-qəsdən 10 il ötür
Tarix: 27-12-2017 | Saat: 10:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Pakistanın ilk qadın hökumət başçısı

Tarix boyunca dünyada sui-qəsdə məruz qalan, qətlə yetirilən siyasətçilərin sayı az olmayıb. Onlardan biri də Pakistanın tarixində ilkə imza atan Bənazir Bhutto olub. O, 10 il əvvəlin bu günü sui-qəsdin qurbanı olub.
Bənazir Bhutto Pakistan İslam Respublikasının 1988-1990 və 1993-1996 baş naziri olan tanınmış dövlət xadimi, ən yeni tarixdə müsəlman əhalisinin çoxluq təşkil etdiyi bir ölkədə ilk qadın hökumət başçısı idi.
1953-cu il iyunun 23-də Pakistanın Karaçi şəhərində anadan olan xanım siyasətçi Bhutto 1969-ci ilin aprel ayında ABŞ-dakı Harvard universitetinin Redkliff Kollecinə daxil olub. 1973-ci ildə fərqlənmə diplomu ilə Harvardı bitirib və həmin ilin payızında Böyük Britaniyanın Oksford universitetinin "Lady Margaret Hall" kollecinə daxil olub. Oksfordda təhsil aldığı vaxt Bhutto "Oksford ittifaqı" nüfuzlu diskussiya cəmiyyətinin əvvəlcə daimi komitəsinin üzvü, sonra isə prezidenti seçilib. Onun atası, Zülfüqar Əli Bhutto, bu illərdə (1977-ci ilə qədər) əvvəlcə prezident, sonra isə Pakistanın baş naziri postunu tuturdu.
İlk dəfə 1988-ci il seçkilərində qələbə qazanaraq baş nazir postuna yiyələnən Bənazir Bhutto, 20 ay sonra hərbi qüvvələrin köməyi ilə ölkə başçısı Qulam İshaq Xan tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. 1993-cü ildə ikinci dəfə Pakistanın baş naziri seçilən xanım Bhutto üç il sonra baş verən siyasi qalmaqallar nəticəsində yenidən vəzifəsindən kənarlaşdırılmışdı. Böyük Britaniyanın keçmiş koloniyası olan müsəlman Pakistanına rəhbərlik edən ilk qadın siyasi xadim kimi tarixə düşüb.
1999-cu ildən etibarən Dubayda sürgün həyatı yaşayan Benazir Bhutto, səkkiz illik bir dövrdən sonra 2007-ci il oktyabr ayının 18-də yenidən Pakistana geri qayıtmağa müvəffəq olub. O, 27 dekabr 2007-ci ildə, 54 yaşında olan zaman Pakistanın Ravalpindi şəhərində seçki mitinqində çıxışı zamanı sui-qəsdlə öldürülüb. Bhuttonun ölümündən sonra, baş nazir Pərviz Müşərrəf, ölkədə üç günlük yas elan edib.


Xəbəri paylaş

7198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___