Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Biz heç vaxt idmanı şəxsiyyətlərlə əlaqələndirmirik" -Azad Rəhimov
Tarix: 25-12-2017 | Saat: 17:44
Bölmə:Karusel / İdman / Müsahibə | çapa göndər


Gənclər və idman naziri Azad Rəhimov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Xəbəraz.Az-ın report-a istinadən yaydığı məlumata görə, nazir bir çox məsələyə dair fikirlərini bölüşüb...
- Vergilər Naziri Fazil Məmmədovun vəzifəsindən getməsi Azərbaycan Güləş Federasiyasının və Azərbaycan Velosiped İdmanı Federasiyasının işinə mənfi təsir göstərməyəcək?
- Biz heç vaxt idmanı şəxsiyyətlərlə əlaqləndirmirik. Cənab prezidentin idman siyasəti uğurla davam etdiriləcək. Gələn il Bakıda planlaşdırılan velospid üzrə BMX yarışı vaxtında və yüksək səviyyədə təşkil olunacaq. Heç bir çətinlik yoxdur.
- Bəzi yarışların rayonlardakı Olimpiya İdman Komplekslərində keçirilməsi mümkümdür?
- Biz də bunu istərdik. Lakin rayonlarda tələbat az olduğu üçün 1100 nəfərlik tribunalar var. Voleybol üzə Avropa çempionatı zamanı da Göygöldə əlavə oturacaqlar quraşdırıldı.
- 2018-ci il üçün dövlət tərəfindən büdcədə artım gözlənilir?
- Xeyr. Heç bir dəyişiklik gözlənilmir.
- "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışını necə qiymətləndirirsiniz?
- Qurban Qurbanov yüksək peşəkarlıq göstərdi və azarkeşlərdə inam yaratdı. Baxmayaraq ki, "Qarabağ"ın büdcəsi rəqibləri ilə müqayisədə qat-qat aşağıdır.
- Futbolun inkişafına dair yeni Dövlət Proqramı hazırlanacaq?
- Bəli, bununla bağlı iş gedir. Cənab prezidentin tapşırığına əsasən, müasir tələblərə cavab verən Proqram hazırlanır. Proqramın 2018 və ya 2019-cu ildə qəbul olunması gözlənilir.


Xəbəri paylaş

6878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___